"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
"Türkiyədə bəzi dairələrin Azərbaycana qarşı həftələrdir davam etdirdiyi qarayaxma kampaniyası səngimək yerinə daha kəskin xarakter alır. AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar. Üstəlik, AKP Azərbaycana qarşı radikal çıxışlar edənlərə də səsini çıxarmır. Amma, Türkiyənin çətin günlərində, AKP hakimiyyətinə qarşı çevriliş cəhdi olanda Azərbaycan dövləti tamamilə fərqli, əsl qardaşlıq mövqeyi nümayiş etdirmişdi". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman Türkiyə dövlətçiliyinə qarşı yönələn təxribatçı addıma qarşı prinsipial mövqe nümayiş etdirib: "Ancaq bu gün Azərbaycana qarşı yönələn ideoloji hücumlar zamanı Türkiyədən eyni prinsipiallığı görmürük. Azərbaycanın davamlı siyasi inkişaf kursu, müstəqilliyini möhkəmləndirməsi və milli kimlik məsələlərində öz yolunu müəyyənləşdirməsi xarici ideoloji dairələrin təsir imkanlarını məhdudlaşdırır. Bu amil ölkəmizə qarşı dini şüarlarla pərdələnən təsirləri minimuma endirsə də, təzyiq cəhdləri hələ də qalır.
Azərbaycan müxtəlif dövlətlərdən ölkəmizə ayaq açan təriqətlərin yaratdığı problemləri daha əvvəl də yaşayıb. Xüsusilə Azərbaycanda "nurçu" şəbəkənin formalaşmasına maddi, siyasi dəstək göstərildiyi zamanları misal göstərə bilərik. Hətta ölkəmizdə "Nurçu" şəbəkəni təmizləmək üçün uzun müddət mübarizə aparıldı".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 976 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyev YAP-dan da çıxarıldı
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasından da çıxarılıb
16 oktyabrƏli Həsənova yeni vəzifə verilir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədr
16 oktyabrGəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini
20 oktyabrTürkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
"Son vaxtlar Azərbaycana qarşı müşahidə etdiyimiz təpkilər, təkrarlanan yanaşmalar və yersiz tənqidlər, əlbəttə ki, boş yerdə meydana çıxan tendensiyalar deyil. Onların arxasında müəyyən siyasi qüvvələr dayanır. Bu qüvvələr iki qardaş xalqın və iki qardaş ölkənin arasını vurmağa, nifaq salmağa
16 oktyabrZirvə toplantısı Azərbaycanın bölgədəki nüfuzunu bir daha təsdiq edir
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayacaq. Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu bu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. Platforma Asiyada əməkdaşlığa töhf
16 oktyabrZəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrı
17 oktyabrAQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi
16 oktyabr