Türkiyədə hakim partiya təmsilçilərinin açıqlamaları Azərbaycanla münasibətlərə təsir edir
"Türkiyədən sosial media platformalarında Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan çıxışlar səsləndirildi. Əvvəlcə Türkiyə sosial mediasında başlayan bu proses bəzi insanlar tərəfindən ayrı-ayrı şəxslərin həvəskar və ya özbaşına addımları kimi qiymətləndirilə, müvəqqəti xarakter daşıdığı düşünülə bilərdi. Lakin sonradan Türkiyədə hakim partiyanın sədrinin müşavirinin, hakim partiyadan olan millət vəkillərinin, eləcə də hakim partiyanın müttəfiqi olan siyasi partiyaların nümayəndələrinin bu istiqamətdə açıqlamalar verməsi vəziyyətin heç də təsadüfi və müvəqqəti olmadığını göstərdi. Xüsusilə hakim partiya nümayəndələrinin hicab məsələsi ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilə etməsi olduqca yanlış yanaşmadır və mənfi təsir doğurur".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
"Bu proses artıq ictimai rəydə öz təsirini göstərir. Azərbaycanda Türkiyə ilə qardaşlıq münasibətləri o qədər dərin kök salıb ki, insanların bir çoxu baş verənlərdən hələ də şok vəziyyətindədir. Onlar Türkiyədən Azərbaycana qarşı belə addımların atıla biləcəyinə inanmadıqlarını ifadə edirlər. Eyni zamanda, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi üçün Türkiyə ilə qardaşlıq münasibətlərindən imtina etmək də asan deyil. Hər iki ölkənin ictimaiyyətində iki qardaş arasında belə problemlərin yaranmasından doğan ağrı və narahatlıq hiss olunur.
Təəssüf ki, Türkiyədən hicab məsələsi ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilədə hakimiyyətdəki qüvvələrin də rol oynadığı artıq aydın görünür. Əvvəllər baş verənlər ayrı-ayrı şəxslərin və qərəzli ictimai dairələrin fəaliyyəti kimi qiymətləndirilə bilərdisə, indi hakim partiyaya yaxın qüvvələrin də bu prosesdə iştirak etdiyi görünür. Bu isə Azərbaycan ictimai rəyinə artıq nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib.
Türkiyə-Azərbaycan münasibətlərinin bu şəkildə gərginləşməsi ciddi narahatlıq doğurur. Çünki Türk Dövlətləri Təşkilatının XXI əsrin ən böyük platformalarından birinə çevrilməsi hədəfi var. Azərbaycan bu məqsədi dəstəkləyir. Azərbaycan Prezidenti dəfələrlə Türk Dövlətləri Təşkilatını XXI əsrin ən perspektivli siyasi əməkdaşlıq platformalarından biri kimi qiymətləndirib və onun qorunmasının vacibliyini vurğulayıb.
Belə şəraitdə Azərbaycan-Türkiyə münasibətlərini əvvəlki səviyyəsinə qaytarmaq hər iki tərəfin əsas hədəflərindən biri olmalıdır. Fikrimcə, hazırkı vəziyyətdə iki ölkə prezidentinin görüşü münasibətlərə ciddi təsir göstərə bilər və belə bir görüşün mümkün qədər tez keçirilməsi prosesin müsbət istiqamətdə inkişafına kömək edər.
Azərbaycan heç vaxt Türkiyə ilə qardaşlıq münasibətlərinin pozulmasında maraqlı olmayıb və bu gün də belə bir marağı yoxdur. Təəssüf ki, Türkiyədə müəyyən siyasiləşmiş sektant qruplar və onları himayə edən hakimiyyət dairələrinin bəzi nümayəndələri Azərbaycanla gərginlik yaradan mövqe ortaya qoyublar. Bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə Türkiyə tərəfindən siyasi və dövlət səviyyəsində müəyyən addımların atılmasına ehtiyac var".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Prezident onları təltif etdi - Siyahı