Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsiVandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, "Divlər Sarayı" mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyatı alt-üst edildi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Doğma yurdunu tərk edən minlərlə zəngilanlı bütün bu ağır sınaqlara baxmayaraq, doğma torpaqlara qayıdış arzusunu itirmədilər. Onlar gələcək qələbəyə inamla yaşadılar, övladlarını da bu amal ruhunda böyütdülər. Hər bir köçkün ailəsi üçün qayıdış ümidi milli kimliyə olan sadiqliyin, mədəni və tarixi yaddaşın qorunmasının təzahürü idi.
Zəngilan işğal olunan sonuncu rayon olsa da, 44 günlük Vətən müharibəsinin 23-cü günü - Cəbrayıl və Füzulidən sonra ilk azad edilən rayonlardandır. Azərbaycan xalqının yaddaşına əbədi yazılan 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin qanları, canları bahasına düşməndən azad edildi. Zəngilanın azad olunması həm də 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədinin bərpası demək idi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən rayon mərkəzi ilə birlikdə 4 qəsəbə və 49 kənd işğaldan azad olundu.
O tarixi gündə Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti edərək, bildirib ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Əziz zəngilanlılar, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunmasını təmin edib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Bu gün Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Zəngilanın Ağalı kəndində 200 evdən ibarət "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" və biznes mühiti yaradılıb, Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir.
Dünyanın ən müasir kəndlərindən biri olan Ağalı ağıllı kəndində zəruri iqtisadi və sosial infrastruktur yaradılıb. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyalar tətbiq edilmişdir. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilib.
Qəhrəman Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində füsunkar təbiətli, təbii ehtiyatlarının zənginliyi ilə də fərqlənən Zəngilanın azad olunduğu gün tarixə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi kimi yazıldı.

Ələddin Bəşirov - tarixçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 233   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021