Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb.
Sonxeber.az xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri kimi qiymətləndirdiyi hallara münasibət bildirib.
Lalə Azərtaş dinin pərdəsi altında bu cür yanaşmaların qəbuledilməz olduğunu vurğulayıb:
"Öz dünyagörüşü anlayışını əqidəsinə belə sığışdıra bilməyənlərin durub da kənardan Azərbaycanın daxili işlərinə burunlarını soxması nə qədər böyük təzaddır. Din pərdəsi altında bunun edilməsi ümumiyyətlə yol verilməzdir. Biz buna yol verə bilmərik. Biz bu cür təxribatlara, bu cür təhriklərə, bu cür provokasiyalara gedə bilmərik və getmərik", - deyə aparıcı bildirib.
O, Xəzər dənizinin sahilindən səsləndirdiyi fikirlərində Araz çayına da toxunaraq, çayın iki sahildə yaşayan insanların ağrılarını və səslərini daşıdığını ifadə edib. Azərtaş Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdlərinin səbəbini sual altına alıb.
Aparıcı çıxışında milli birlik və dövlətə inam məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, cəmiyyətin birliyi dövlətə sədaqət, milli maraqlara və milli iradəyə sahib çıxmaqla bağlıdır.
Lalə Azərtaş paylaşımının sonunda insanları birliyə çağırıb, təxribatlara uymamağa və cəmiyyətdə qarşıdurma yaratmağa yönələn cəhdlərə qarşı diqqətli olmağa səsləyib.
"Gəlin bir olaq, gəlin təxribatlara uymayaq, gəlin bizim içimizə yad ünsürlərin daxil olub aranı qatışdırmağa çalışmasının qarşısını alaq", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 135 Tarix: 17 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrErmənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini
17 oktyabrAzərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
17 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrBakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi
17 oktyabrSabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabr