Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq.

"Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq.

Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq onları daha çox xidmət etməyə stimullaşdıracaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 178   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

16 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr