"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb.

Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bunu heç kim bilmir. O vaxtdan bəri heç vaxt onun verilişinə çıxmamışam. Kinli deyiləm. Azərbaycan mahnısını, "Sarı gəlin"i ifa etmək istədim. Bu zaman dilim sürüşdü, Azərbaycan və Türkiyə türkcəsinin sözlərini qarışdırdım. Orada mənə bir kəlmə dedi. Mən isə mahnı getdiyi halda Seda Sayana tərəf dönüb dedim ki, "sən biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək". Təxminən 16 il öncə olub bu hadisə. Ondan sonra bir məclisdə qarşılaşdıq. Onu təqdim etməyimi istədilər, mən də "hər kəsin sevimlisi Seda Sayan" deyə təqdim etdim".

Qeyd edək ki, Seda həmin zaman Günelə "korlanmış türkcənlə danışma" sözlərini demişdi.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1523   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"4 ildir bu xəstəliyə görə kökəlmirəm"

Aktrisa Pərvin Abıyeva arıq qalması ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az xəbər verir ki, sənətçi "MTV Maqazin"ə açıqlamasında pəhriz və idmanla əlaqəli olmadığını bildirib. Pərvin bunun səbəbinin səhhətindəki problemlə bağlı olduğunu deyib:. "Dörd ildir arıq qalmağımın pəhri

14 noyabr
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

5 noyabr
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude" obrazını canlandıracaq. Sude səkkiz bölümdə

11 noyabr
.

"İki il boyunca o anı gözlədik" - "Şahzadə Mustafa"dan etiraf

Türk televiziya tarixində iz qoyan "Muhteşem Yüzyıl" serialında "Şahzadə Mustafa" obrazı ilə yadda qalan tanınmış aktyor Mehmet Günsür illər sonra hər kəsin yaddaşına həkk olunan məşhur edam səhnəsinin pərdəarxası məqamlarını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Fati

9 noyabr
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

8 noyabr
.

"Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım" - Nazpəri Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb. "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:. "Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub. Mən onların hamısının üstündən keçmişəm. Çünki mən

14 noyabr
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

8 noyabr
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28 oktyabr
.

Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"

"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın

10 noyabr