Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Azərbaycan kəlağayısı sadəcə baş örtüyü deyil. O, xalqımızın tarixi yaddaşını, estetik zövqünü, sənətkarlıq ənənələrini və nəsillər arasında mənəvi bağlılığı yaşadan milli mədəniyyət nümunəsidir. Kəlağayının dəyəri onun yalnız geyim elementi olmasında deyil, Azərbaycan xalqının özünəməxsusluğunu əsrlər boyu qoruyub saxlamasındadır. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün kəlağayının ictimai həyatda və müasir geyim mədəniyyətində daha geniş təbliği xüsusi əhəmiyyət daşıyır: "Xüsusilə hicab örtməyən Azərbaycan xanımlarının da kəlağayıdan istifadə etməsi milli irsimizin dini mənsubiyyətdən asılı olmayaraq hər kəs üçün əlçatan olduğunu nümayiş etdirə bilər. Çünki kəlağayı dini geyim deyil, ümummilli mədəni sərvətimizdir. Onun yaşadılması üçün hər hansı dini şərtə ehtiyac yoxdur; burada əsas olan milli mədəniyyətə sevgi, tarixi köklərimizə bağlılıq və estetik seçimdir.
Azərbaycanın dünyəvi dövlətçilik və cəmiyyət ənənələri baxımından kəlağayının xüsusi bir mədəni missiyası da var. O, milli kimliyi dini geyim meyarları ilə məhdudlaşdırmadan ifadə etməyin gözəl nümunəsidir. Dünyəvilik dini dəyərlərə qarşı çıxmaq deyil, müxtəlif inanclara və fərdi seçimlərə hörmət göstərərək ortaq milli dəyərlər ətrafında birləşməkdir. Kəlağayı məhz bu birliyin, mədəni müxtəlifliyin və milli mənsubiyyətin ifadəsinə çevrilə bilər.
Biz kəlağayını hicabın dini alternativi kimi deyil, Azərbaycan qadınının öz mədəniyyətinə könüllü bağlılığının, milli zövqünün və tarixi irsinə sahib çıxmasının ifadəsi kimi təqdim etməliyik. Məqsəd hansısa geyim formasını digərindən üstün tutmaq deyil, milli mədəniyyətimizi müasir həyatın ayrılmaz hissəsinə çevirməkdir.
Kəlağayının məktəblərdə, mədəni tədbirlərdə, festivallarda, incəsənət layihələrində və gündəlik geyim mədəniyyətində təbliği bu baxımdan mühüm rol oynaya bilər. Onun naxışları, rəngləri, hazırlanma texnologiyası və bölgələrə xas xüsusiyyətləri gənc nəslə öyrədilməli, bu sənəti yaşadan ustalar dəstəklənməli, kəlağayı müasir dizaynla uzlaşdırılaraq gələcək nəsillərə ötürülməlidir.
Milli dəyərləri qorumaq keçmişin formasını dəyişmədən təkrarlamaq deyil, onun ruhunu müasir həyata daşımaqdır. Azərbaycan xanımının kəlağayıya marağı da məhz bu baxımdan əhəmiyyətlidir. O, öz seçimi ilə milli mədəniyyətin yaşamasına töhfə verir.
Kəlağayı nə məcburiyyətin, nə də dini fərqləndirmənin vasitəsidir. O, Azərbaycan xalqının ortaq mədəni sərvəti, qadın sənətkarlığının incisi və milli kimliyimizin nəsildən-nəslə ötürülən rəmzidir. Kəlağayıya sahib çıxmaq öz tariximizə, sənətimizə və dünyəvi milli mədəniyyətimizə sahib çıxmaq deməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq
TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Ağdamda yeni və müasir şəhər salınır
Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Bu ərazilərdə SU OLMAYACAQ
ABŞ-da şənbə günü 2000-dən çox uçuş ləğv edildi
Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
"4 ildir bu xəstəliyə görə kökəlmirəm"