Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi cəmiyyətin, xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunmasını zəruri edir. Bu baxımdan təhsilin, vətənpərvərliyin, milli-mənəvi dəyərlərin qorunmasının və ictimai həmrəyliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısıOnun sözlərinə görə, dünyəvi təhsil sisteminin qorunması, məktəblərdə vahid geyim tələblərinin tətbiqi və daxili intizam qaydalarına riayət olunması təhsil mühitində bərabərliyin, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılmasına xidmət edir: "2026-cı il sentyabrın 21-də şagirdlərin geyim formalarına dair tələblərə əlavələr edilmiş, oktyabrın 6-da isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid tələblər təsdiqlənmişdir. Bu yanaşma təhsil müəssisələrində təşkilati intizamın və peşəkar mühitin gücləndirilməsini nəzərdə tutur.

Azərbaycan dövləti dünyəvilik prinsipləri ilə yanaşı, dini etiqad azadlığının və dini-mədəni irsin qorunmasına da xüsusi diqqət yetirir. 2020-2026-cı illərdə ölkədə məscidlərin və ziyarətgahların bərpası, yeni ibadət ocaqlarının tikintisi, din xadimlərinə maliyyə dəstəyinin göstərilməsi və dini təhsilin inkişafı istiqamətində tədbirlər həyata keçirilmişdir. Hazırda ölkədə 2389 məscid fəaliyyət göstərir. Dini qurumlara dövlət dəstəyinin genişləndirilməsi, Azərbaycan İlahiyyat İnstitutunda kadr hazırlığı və "Hər məsciddə kitabxana" layihəsi bu siyasətin mühüm istiqamətlərindəndir.

Bununla yanaşı, Azərbaycan beynəlxalq səviyyədə İslam həmrəyliyinin, multikulturalizmin və dinlərarası dialoqun təşviqində fəal iştirak edir. 2024-cü ildə Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti və 2026-cı ildə Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü bu istiqamətdə əməkdaşlığın əhəmiyyətli nümunələridir.

Nəticə etibarilə, ideoloji təhlükəsizliyin təmin edilməsi, milli-mənəvi irsin qorunması, dünyəvi təhsilin inkişafı və dini tolerantlığın möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu sahələrdə ardıcıl tədbirlərin həyata keçirilməsi cəmiyyətdə həmrəyliyin gücləndirilməsinə, gənc nəslin maariflənməsinə və ölkənin dayanıqlı inkişafına xidmət edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 322   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021