Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən, Azərbaycanın zəngin tarixi-mədəni irsinə və milli identikliyinə istinad etmək xüsusi əhəmiyyət daşıyır". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdırOnun sözlərinə görə, Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır: "Azərbaycan qadınının əsas və qədim milli baş örtüyü UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş kəlağayıdır. Kəlağayı, sadəcə, başı örtmək vasitəsi deyil, milli kimliyin, zərifliyin, ləyaqətin və əsrlərin süzgəcindən keçmiş mənəvi dəyərlərin daşıyıcısıdır. Milli ənənələrimizdə qadın geyimi hər zaman isməti, milli mentaliteti və estetik zövqü əks etdirmiş, cəmiyyətdə isə heç bir ayrı-seçkilik yaratmadan ümumi mədəni kodun tərkib hissəsi olmuşdur. Lakin, müasir dövrdə bəzi qadınların milli ənənələrdən fərqli olaraq, ərəbsayağı və ya müxtəlif yad mədəniyyətlərə xas olan qapalı örtük formalarından istifadə etməsinə də cəmiyyətdə mənfi qarşılanmır, əksinə bu məsələyə dövlət-cəmiyyət münasibətlərində həssaslıqla yanaşılır. Konstitusiyamıza əsasən, hər bir vətəndaşın vicdan və etiqad azadlığı qorunur, gündəlik həyatda dini inanclara uyğun yaşamaq hüququna hörmət edilir.

Hicab taxmaq və ya hər hansı digər geyim formasını seçmək fərdin şəxsi seçim müstəvisinə aiddir və bu, heç bir qadını dünyəvi həyat tərzini seçən vətəndaşdan üstün və ya aşağı mövqeyə qoya bilməz. Lakin məsələ təhsil ocaqlarına - xüsusilə ümumtəhsil məktəblərinə gəldikdə, fərdi etiqad müstəvisindən çıxaraq dövlətçilik və hüquqi nizamlama müstəvisinə keçməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 470   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12 oktyabr
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

13 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil, milli təhlükəsizlik və İranın mümkün təsir strategiyası

Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi yalnız təhsil sisteminin daxili qaydaları ilə məhdudlaşmır. Bu təşəbbüs sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və uşaqların gələcək dünyagörüşü baxımından da əhəmiyyət daşıyır. Mövzu ətrafında aparılan ictimai müzakirələr is

13 oktyabr
.

"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva

"Bəzi qərəzli qüvvələrin məktəblərdə daxili intizam qaydalarının və vahid geyim forması ətrafında məsələləri məqsədli şəkildə siyasiləşdirməsi, ictimai narazılıq yaratmaq və cəmiyyətdə qarşıdurma formalaşdırmaq vasitəsinə çevirməyə çalışması yolverilməzdir. Bu qərəzli yanaşma, hər şeydən əvvəl

13 oktyabr
.

"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA

Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımda

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını

12 oktyabr