Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?
Azərbaycan məktəblərində hicab və vahid məktəbli forması ilə bağlı məsələlərin İran mediasında qabardılması suallar doğurur. Azərbaycanın daxili məsələsi olan məktəbli geyimi və təhsil qaydaları niyə qonşu ölkənin mediasının diqqət mərkəzinə çevrilməlidir? Bu cür müzakirələrin arxasında hansı məqsədlərin dayandığı, xüsusilə də uşaqların düşüncəsinə və dünyagörüşünə təsir göstərmək cəhdlərinin olub-olmadığı araşdırılmalıdır.
Azərbaycanın uşaqlarının düşüncəsinə kənardan təsir göstərilməsi, onların yad ideoloji təsirlər altında formalaşdırılması cəmiyyəti narahat edən ciddi məsələdir. Bəs İran mediası Azərbaycanın daxili məsələlərini niyə bu qədər qabardır və bununla hansı auditoriyaya təsir göstərməyə çalışır?
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, hicab məsələsi həm mübahisəyə açıq məsələdir, həm də texniki deyil mənəvi məsələ olduğu üçün həssas məsələdir. İrandan Azərbaycana ixrac olunan "maddi-mənəvi" və "psixoloji" çeşidli vasitələr müxtəlifdir. Amma orta məktəb, geyim və hicab deyib həll etməli kifayət qədər məsələ olduğu halda say etibarilə 0,1% belə əhatə etməyən məsələnin üstünə getməyin kimə və nəyə lazım olduğunu sadəcə olaraq mən başa düşə bilmirəm.
Bəyəm məktəblərdə şagirdlərə verilən təhsil, metodika və digər bütün problemlər öz həllini tapıb ki, yalnız hicab problemi həll olunmamış qalıbmı? Say etibarilə o qədər azdir ki, bu məsələnyə fərdi şəkildə izahat və təşviqat işi ilə də yanaşmaq olardı. Bəs bu olmayan problemi dövlətin ciddi "problemi" kimi otaya çıxarmaq kimə və nəyə lazımdır? Bu suala cavab tapanda biləcəyik ki, hicab problemi yoxdur. İrandan isə Azərbaycana daha çox zəhərli narkotik vasitələr gətirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 630 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailələrə uşaq sayına görə pul veriləcək?
Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini
11 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
11 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrAzərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
11 oktyabr