"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA
Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımdan vahid məktəbli forması yalnız geyim məsələsi deyil, Azərbaycanda məktəb mühitində bərabərlik, nizam-intizam və vahid təhsil mədəniyyətinin formalaşdırılması baxımından çox əhəmiyyətlidir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova Sonxeber.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısını almağa və ayrı-seçkilik risklərini azaltmağa imkan verir:
"Eyni zamanda vahid forma məktəbdə səliqəli və ümumi görünüş mədəniyyətinin yaranmasına, şagirdlərdə kollektivə aidlik və məktəb kimliyi hissinin güclənməsinə müsbət təsir göstərə bilər. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir. Bu, onların bir-biri ilə münasibətlərinə də təsir edən amillərdən biridir. Məktəbdə əsas meyar uşağın geyimi və ailəsinin maddi imkanları deyil, onun təhsili və davranışı olmalıdır".
Deputat bildirib ki, məktəbli forması tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilir:
"Burada əsas məqsəd şagirdlərin rahatlığını təmin etməklə yanaşı, məktəb mühitində vahid və səliqəli görünüş yaratmaqdır. Məktəbli forması uşaqların gündəlik təhsil prosesində özlərini rahat hiss etməsinə, sərbəst hərəkət etməsinə imkan verər. Bu baxımdan vahid məktəbli formasının tətbiqi yalnız müəyyən geyim standartının qorunması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd məktəbdə sağlam psixoloji mühitin, bərabər münasibətlərin və vahid təhsil mədəniyyətinin formalaşdırılmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 207 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrPolisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd
13 oktyabrBakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy
13 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabr