"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır".
"Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib.
"Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik. Amma vətəndaş kimi danışa bilərik. Hələ bundan əvvəlki dövrlərdə hicab məsələsi ortaya gətirilib, mən hicabın müzakirə mövzusu olmadığını bəyan etmişəm. Bu gün də onu deyirəm, təkrar edirəm.
Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, nə cür, hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicab yazılmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm. Mədrəsələr, dini tədris ocaqları var, öz gördüyümü deyirəm. İnsanlar, uşaqlar da hicablı şəkildə gəlib tədris alırlar. Amma dövlət məktəblərində bu qərar qəbul edilib.
Çox heyifsilənirəm ki, bu məsələnin qəbul olunmasında, əlbəttə, əvvəlcədən məsləhətləşmə ola bilərdi, amma olmayıb. Ola bilər ki, bəziləri düzgün başa düşmürlər və ya düşmək istəmirlər. Bundan istifadə edərək bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda islama, müsəlmanlara əziyyət verildiyi, sıxışdırıldığı ilə bağlı fikirlər yaymağa çalışırlar. Bunu siyasiləşdirirlər, bu məni narahat edir. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Ona görə qəbuledilməzdir ki, insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından, qanlarından keçiblər.
Bir çox dövlətlərdə oluram, dünya müsəlmanlarının Ağsaqqallar Şurasının üzvüyəm. Əbəs yerə ora seçilməmişik. Azərbaycan yaratdığı şərait imkan yaradır ki, bizi orada örnək kimi görürlər, - deyə Şeyx qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Qızıl bazarında son vəziyyət
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?