Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi yalnız geyim seçimi deyil, həm də təhsil müəssisəsinin daxili qaydalarına hörmət məsələsidir. Məktəblərdə müəyyən edilmiş geyim tələblərinə bütün şagirdlərin riayət etməsi vacibdir.
Valideynlərin də bu prosesdə üzərinə düşən məsuliyyəti yerinə yetirməsi, uşaqlarına məktəb qaydalarına əməl etməyin əhəmiyyətini izah etməsi önəmlidir. Milli təhsil ənənələrinə uyğun vahid geyim qaydalarının qorunması məktəb mühitində nizam-intizamın möhkəmləndirilməsinə xidmət edir.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin son qərarına əsasən, təhsil alanların və təhsil verənlərin orta ümumi təhsil məktəblərində geyim forması ilə bağlı müəyyən düzəlişlər həyata keçirildi. Belə ki, qərara əsasən, orta ümumi təhsil məktəblərində müəllimlərin onlara verilən müəyyən geyim standartlarına uyğun olaraq tədris prosesinə qoşulması, eləcə də şagirdlərin vahid geyim formasında tədris prosesinin iştirakçısı olması qərara alındı.
Bu qərar ümumi olaraq orta ümumi təhsil məktəblərində, əlbəttə ki, nizam-intizamın bərpa olunmasına, etik davranış qaydalarının möhkəmlənməsinə, eləcə də sosial bərabərliyin təmin olunmasına atılan bir addım kimi qiymətləndirilir. Xüsusilə də sosial bərabərliyin təmin olunması istiqamətində bu qərarın böyük əhəmiyyəti var. Bir şagirdin digər şagirdə nisbətən sosial vəziyyətinin daha yaxşı olması həmin şagirdin daha dəbdəbəli bir formada orta ümumi təhsil məktəbinə gəldiyi zaman, əlbəttə ki, şagirdlərin ümumi bərabərliyinin, sosial bərabərliyin pozulmasına gətirib çıxara bilər. Yəni hər hansı bir şagird sosial vəziyyətinin yaxşı olması ilə bağlı digər şagirdlərdən müəyyən qədər seçilə bilər. Məhz bu qərar xüsusilə də həmin sosial bərabərliyin təmin olunması istiqamətində atılan ən gözəl addım kimi qiymətləndirilir.
Bu beynəlxalq təcrübədə də öz əksini tapır. Dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də şagirdlərin vahid geyim formasında tədris prosesinin iştirakçısı olması əsasən də şagirdlər arasında sosial bərabərliyin qorunmasına xidmət göstərir. Bu qərara, xüsusilə də orta ümumi təhsil məktəbində oxuyan şagirdlərin, eləcə də onların valideynlərinin diqqət etməsi zəruridir. Çünki əgər qanun qüvvəyə minirsə bu qərar hər kəs tərəfindən təmin olunmalıdır.
Müəyyən bir kəsimə müəyyən bir güzəştin olması digər kəsimin də sabah başqa bir formada güzəşt istəməsinə gətirib çıxara bilər. Ona görə də məhz verilən qərar vahid məktəbli formasının tətbiq olunması hesab edirəm ki, ümumi təhsil məktəblərində tətbiq olunmalı və bu istiqamətdə valideynlər lazım olan dəstəyi göstərməlidir deyə düşünürəm.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu