Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi
"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması təsbit olunubsa, deməli, dövlətin istənilən sosial institutunda dünyəvilik prinsipinə xidmət edən qərarların qəbul edilməsi vətəndaşlar tərəfindən rəğbətlə və Konstitusiyaya hörmətlə qarşılanmalıdır. Məsələnin bir tərəfi hüquqi baxımdan bundan ibarətdir".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov bildirib.
O, bildirib ki, vahid məktəb forması cəmiyyətdə sosial bərabərliyin, eləcə də sosiomədəni və psixoloji bərabərliyin, uyğunlaşmanın və adaptasiyanın qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir:
"Burada forma ilə məzmunun bir-birinə uyğunluğu məsələsi də var. Təhsilimiz dünyəvi olduğu üçün onun məzmunu kimi forması da bu prinsipə uyğun olmalıdır. Bu baxımdan qəbul edilən qərar və sərəncamlar ailələr tərəfindən müsbət qarşılanmalı, ailə ilə məktəb arasında hər hansı zəmində münaqişəyə səbəb olmamalıdır.
Bütövlükdə, məktəbli forması sosial rəqabətin, sosial yarışın, eləcə də nümunəvi kollektiv davranışın qorunması və möhkəmləndirilməsi baxımından da təhsilin yeni keyfiyyətlər qazanmasına şərait yaradır.
Fərdin yaradıcılıq potensialı, əsasən, 9-17 yaş aralığında üzə çıxır. Bu yaş dövründə şagirdi təhsillə əlaqəsi olmayan müəyyən adətlərin çərçivəsində saxlamağa bizim, ilk növbədə, ixtiyarımız yoxdur. 18 yaşı tamam olduqdan sonra isə onun hansı seçimi etməsi, hansı geyimdə və libasda olması fərdi seçimidir. Ancaq bu yaş dövründə onun həm təhsil və ixtisas seçimi, həm də geyim tərzi ilə bağlı məsələlərə yanaşma xüsusi diqqət tələb edir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, dünyada bir çox hallarda dünyəvi təhsil dünyəvi geyim formasının tətbiqini və təhsilin xarakterinə uyğunluğunu tələb edir. Məsələn, elə təhsil müəssisələri var ki, orada təhsil daha çox dini yönümlüdür və gənclər dərslərə əsasən dini libasda gəlirlər. Mən burada orta məktəbləri deyil, daha çox dini istiqamətli təhsil müəssisələrini nəzərdə tuturam. Azərbaycanda isə təhsil ümumilikdə dünyəvi xarakter daşıyır. Orta məktəblərdə təhsilin dünyəviliyi də buna uyğun geyim formasını tələb edir.
Bütün hallarda forma və məzmun vəhdət təşkil edir. Forma məzmunu doğurduğu kimi, məzmun da formanı müəyyənləşdirir. Bunlar bir-biri ilə sıx bağlıdır. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı təhsilin həm forma, həm də məzmun baxımından uyğunluğunun qorunması və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi