"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini, dövlətinə və cəmiyyətinə münasibətini formalaşdıran mühüm institutdur?". Bu fikirləri Sonxeber.az-a açıqlamasında millət vəkili Elnarə Akimova bildirib.
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə AkimovaOnun sözlərinə görə, Azərbaycanın dövlətçilik təcrübəsi bu suallara aydın cavab verir: güclü dövlətin təməlində savadlı, milli kimliyinə bağlı, azad düşüncəli və məsuliyyətli vətəndaş dayanır: "Bu vətəndaşın yetişdiyi məktəb isə dünyəvilik, bərabərlik, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlər üzərində qurulmalıdır. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə də məhz bu geniş yanaşma çərçivəsində baxmaq lazımdır. Məsələni yalnız məktəbli formasına, müəllimin necə geyinməsinə və ya ayrı-ayrı geyim elementlərinə müncər etmək düzgün olmazdı.

Burada söhbət məktəbin daxili nizam-intizamından, təhsil mühitinin təşkilindən, uşaqlar arasında bərabərliyin qorunmasından, dünyəvi təhsilin mahiyyətindən və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılmasından gedir. Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 702   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:

14 oktyabr
.

Azyaşlı qızların taleyi bazarlıq mövzusu deyil: İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Uşağın uşaqlığını əlindən almaq ənənə deyil, hüquq pozuntusudur! Azyaşlı qızın gələcəyini böyüklərin qərarına, yoxsulluğa, məcburiyyətə və sosial təzyiqə qurban vermək nə mənəvi, nə də hüquqi baxımdan qəbul edilə bilər. İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikah problemi cəmiyyətlərin uşaqlar

14 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin mesajı

Vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələ deyil. Bu mövzu, eyni zamanda, təhsildə bərabərlik, sosial məsuliyyət, milli-mənəvi dəyərlər, uşaqların psixoloji inkişafı və cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlılığı baxımında

14 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə

14 oktyabr
.

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind

15 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr