AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAQənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarının normadan artıq olduğunu açıqlayıb. Qurumun 24 sentyabr tarixli məlumatına əsasən, uyğunsuzluq aşkarlanan məhsullarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, istehsal müəssisəsinin fəaliyyəti isə məhdudlaşdırılıb.

Bəs istehlakçılar qənd alarkən hansı məqamlara diqqət yetirməlidirlər? Məhsulun üzərindəki etiket və istehsal məlumatları onun təhlükəsizliyi barədə nə deyir? Keyfiyyətsiz və normativ tələblərə uyğun olmayan qənd məhsullarından qorunmaq üçün nələrə fikir vermək lazımdır?
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, qənd alarkən istehlakçılar ilk növbədə məhsulun qablaşdırılmasına, etiket məlumatlarına, istehsalçıya və son istifadə tarixinə diqqət yetirməlidirlər. Onun sözlərinə görə, qənd gündəlik istifadə etdiyimiz məhsullardan biri olsa da, onun təhlükəsizliyi yalnız görünüşünə və rənginə əsasən müəyyən edilə bilməz: "İlk növbədə, məhsulun üzərində istehsalçının adı, istehsal tarixi, yararlılıq müddəti və digər zəruri məlumatların göstərilməsinə diqqət yetirilməlidir. Qablaşdırma bütöv, təmiz və zədələnməmiş olmalıdır. Qəndin açıq şəkildə, mənşəyi və saxlanma şəraiti məlum olmadan satılması isə əlavə risklər yarada bilər. Məhsul rütubətdən, kənar qoxulardan və çirklənmədən qorunan şəraitdə saxlanılmalıdır.

AQTA-nın bəzi qənd məhsullarında kükürd dioksidin normadan artıq olduğunu açıqlaması onu göstərir ki, qida təhlükəsizliyində yalnız istehlakçının vizual yoxlaması kifayət etmir. Kükürd dioksid qida sənayesində müəyyən məqsədlərlə istifadə edilən maddədir və normativ tələblərə uyğun miqdarda olduqda istifadəsinə icazə verilə bilər. Lakin onun miqdarının normadan artıq olması sağlamlıq baxımından risk yarada bilər. Xüsusilə sulfitlərə həssaslığı olan insanlarda mənfi reaksiyalar baş verə bilər.

Digər vacib məqam odur ki, qəndin ağ, sarımtıl və ya kəhrəba rəngində olması onun təhlükəsizliyini müəyyən etmir. Eyni zamanda, qəndin dadına, qoxusuna və görünüşünə baxmaqla tərkibindəki kükürd dioksidin miqdarını müəyyən etmək mümkün deyil. Bunun üçün laborator müayinələr aparılmalıdır.

İstehlakçılar AQTA tərəfindən yayılan rəsmi məlumatları və satışdan çıxarılması tövsiyə edilən məhsulların siyahısını da izləməlidirlər. Əgər alınan məhsulun konkret əmtəə nişanı, istehsal partiyası və ya digər məlumatları rəsmi xəbərdarlıqda göstərilibsə, həmin məhsuldan istifadə edilməməli və müvafiq qurumun tövsiyələrinə əməl olunmalıdır.

Nəticə etibarilə, qənd alarkən etibarlı satış məntəqələrinə üstünlük vermək, etiket məlumatlarını yoxlamaq və şübhəli məhsullardan uzaq durmaq vacibdir. Bununla yanaşı, qida təhlükəsizliyinin tam təmin edilməsi yalnız istehlakçının diqqətindən deyil, istehsalçıların məsuliyyətindən, laborator nəzarətdən və dövlət qurumlarının effektiv yoxlamalarından da asılıdır.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 185   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr