Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur".
Bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım faizinə uyğun indeksləşdirilir.
O qeyd edib ki, 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi ilin sonuna yaxın dəqiqləşəcək. Müvafiq rəsmi məlumatların 2027-ci ilin fevralında açıqlanacağı gözlənilir:
"Pensiyaların artırılmasının konkret faizi də həmin göstərici əsasında müəyyənləşəcək. Yeni mexanizmə əsasən, pensiya məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallar tətbiq ediləcək. Bu yanaşmanın məqsədi nisbətən aşağı pensiya alan vətəndaşların daha yüksək məbləğdə pensiya alanlarla müqayisədə daha çox artım əldə etməsini təmin etməkdir.
Yeni qaydanın bütün növ əmək pensiyalarına - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalara şamil edilməsi nəzərdə tutulur.
2027-ci ildə pensiyaların artım faizi hələlik məlum olmasa da, artımın hesablanmasında əsas göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının nominal artım səviyyəsi olacaq. Fərqli əmsalların tətbiqi isə pensiya məbləğindən asılı olaraq artımın həcminə təsir göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 235 Tarix: 17 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrAzərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
17 oktyabrKüləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
16 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabr