Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin az öncə yayılan xəbərlərə görə, Rüstəm Muradovu Mixail Kosobokov əvəz edəcək. Bundan öncə o 58-ci birləşmiş ordunun komandir müavini, tanınmamış Abxaziyada Rusiya hərbi bazasının komandiri olub.

Bəs son 10 ay ərzində Rüstəm Muradov və komandanlıq etdiyi sülhməramlı qüvvələr nə ilə yadda qaldı?

Mövzu ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Azərbaycanın nöqteyi-nəzərindən götürsək, Muradovun fəaliyyəti dövründə xüsusi bir insident, böyük bir hadisələr və ciddi qarşıdurmalar baş verməyib, bölgədə normal münasibətlər sistemi qurulub:

"Sülhməramlıların necə özünü göstərməsi daha çox Rusiyanın prizmasından qiymətləndirilir. Çünki onlar tapşırığı oradan alan və bunu icra edən hərbi kontingentdir. Azərbaycanın nöqteyi-nəzərindən götürsək, xüsusi bir insident, böyük bir hadisələr və ciddi qarşıdurmalar baş verməyib, bölgədə normal münasibətlər sistemi qurulub. Onlar ermənilərə dəstək verəcək görüntülər, onlara yönəlik mərhəmətli və təbliğat xarakterli addımlar atıblar, amma bütövlükdə bu məsələlər toqquşmaya və yaxud da problem yaradacaq hansısa məsələyə gətirib çıxartmayıb. İndiki məqamda bu, qəbul olunan bir proses idi və gələcək növbəti şəxs hansısa bir tapşırıqla bölgədəki funskiyasından kənara çıxacaqsa, o zaman biz buna münasibət bildirə bilərik".

Fazil Mustafa qeyd edib ki, Rüstəm Muradovun fəaliyyətində aqressiya, yaxud hər hansı bir şəkildə Azərbaycana yönəlik açıq-aşkar hörmətsiz davranışlar sezilməyib:

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA"İndiki məqamda bu, bizim üçün qeyd olunmalı məsələdir. Bütövlükdə götürsək isə, Rüstəm Muradov bölgədə prosesləri tənzimləyən şəxs deyil, icraçıdır. Buna görə də ona verilən tapşırığı yetirirsə, biz daha çox tapşırıq verənlərin hansı tapşırığı verməsi üzərində fikir yürüdə bilərik. Bütün hallarda bizim üçün Rusiya sülhməramlılarının hələ arzuladığımız şəkildə tərəfsizliyini təmin edə bilməmişik. İlk növbədə, bunu təmin etməliyik.

Biz umuruq ki, sülhməramlılar sonrakı məqamda bütün tərəflərə müəyyən dərəcədə statusuna uyğun davranış göstərsinlər. Çünki oradakı sülhməramlı funksiyası bilavasitə sülhün bərpa edilməsindən ibarətdir, amma təəssüflər olsun ki, erməni diversant qrupları oradan atəş açırlar, təxribatlar törədirlər. Bu da sülhməramlıların öz funskiyasını layiqincə yerinə yetirmədikləri anlamına gəlir. Biz bunu dəfələrlə irad olaraq bildirmişik.

Hesab edirəm ki, növbəti təmsilçi bu detalları, Azərbaycanın həssalığını nəzərə almalıdır. Əks halda, etimadsızlıq göstərdiyimiz bir hərbi kontingentin bizim ərazimizdə qalmasını özləri üçün mümkünsüz edəcəklər".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2243   Tarix: 07 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur"

"Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçımız qeyd edi

2 oktyabr
.

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə "Şərəf"

2 oktyabr
.

YAP-ın VIII Qurultayından əsas mesajlar

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü

3 oktyabr
.

Prezident almaniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

3 oktyabr
.

Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

2 oktyabr
.

Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kimi görə bilərik"

"Amerika xalqının siyasi seçimindən asılı olmayaraq, gələcək administrasiyaların sülh gündəliyinə və buna bağlı olaraq regiona sadiq qalacaqlarına əminik". xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

2 oktyabr
.

Prezident: "Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. "Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün

2 oktyabr
.

Uzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanı

3 oktyabr
.

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilə

2 oktyabr