YAP-ın VIII Qurultayından əsas mesajlar
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi çıxışın siyasi məzmununu müəyyən edən əsas amillərdən biri kimi önə çıxır".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarixçi Abbasağa Səmədov bildirib.
"Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın əldə etdiyi Zəfərin yalnız hərbi nəticə kimi deyil, yeni geosiyasi reallığın formalaşması kimi qiymətləndirilməsidir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətin qarşısında yeni mərhələnin vəzifələrini müəyyənləşdirib. Bu mərhələdə əsas məsələ artıq ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, əldə edilmiş nəticələrin siyasi, iqtisadi və təhlükəsizlik baxımından möhkəmləndirilməsidir. Çıxışın digər mühüm məqamı dövlətçilik, müstəqillik, suverenliyin qorunması və möhkəmləndirilməsi siyasətinin daimi xarakter daşımasıdır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi müəyyənləşdirdi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, siyasi xəttin əsas prinsipləri sabit qalmaqla, dəyişən beynəlxalq şəraitə uyğun olaraq taktiki və strateji vəzifələrin yenilənməsi zəruri hesab olunur.
Yeni mərhələdə təhlükəsizlik məsələsi çıxışın əsas prioritetlərindən biri kimi təqdim edildi. Azərbaycanın hərbi gücünün daha da artırılması yalnız mümkün müharibə ssenarilərinə hazırlıq kimi deyil, eyni zamanda ölkəyə qarşı potensial təhdidlərin qarşısının alınması vasitəsi kimi izah olundu. Çıxışda regional və qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, müxtəlif coğrafiyalarda münaqişələrin davam etməsi fonunda dövlətin müdafiə imkanlarının daim gücləndirilməsinin vacibliyi vurğulandı. Təhlükəsizlik anlayışının yalnız hərbi sahə ilə məhdudlaşdırılmaması da çıxışın mühüm siyasi mesajlarından biridir. İdeoloji və informasiya təhlükəsizliyi, internet və kiberməkan, süni intellekt və informasiya mühitində yayılan manipulyativ təsirlər yeni çağırışlar sırasında göstərildi. Bu kontekstdə təhsil və vətənpərvərlik cəmiyyətin ideoloji dayanıqlığının əsas vasitələri kimi təqdim olundu. Deməli, müasir dövrdə milli təhlükəsizlik həm sərhədlərin, həm də informasiya məkanının qorunmasını tələb edir.
Xarici siyasət istiqamətində isə müstəqil və çoxşaxəli siyasətin davam etdirilməsi əsas xətt kimi müəyyənləşdirildi. Çıxışda Azərbaycanın müxtəlif geosiyasi qütblərlə münasibətlər qurması, heç bir düşərgəyə bağlanmaması və milli maraqlara əsaslanan siyasət yürütməsi xüsusi vurğulandı. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz maraqlarını müstəqil şəkildə ifadə etmək imkanlarının qorunmasına yönəlmiş strateji xətt kimi təqdim olundu. İqtisadi məsələlər də yeni mərhələnin əsas dayaqlarından biri kimi çıxış edir. Sosial rifahın yüksəldilməsi, investisiyaların cəlb olunması, maliyyə sabitliyinin qorunması və xarici borcun azaldılması iqtisadi siyasətin əsas istiqamətləri kimi göstərildi. Bununla yanaşı, iqtisadi gücün yalnız sosial proqramların maliyyələşdirilməsi üçün deyil, həm də müdafiə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və dövlətin strateji imkanlarının genişləndirilməsi üçün mühüm resurs olduğu diqqətə çatdırıldı.
Enerji və nəqliyyat amilləri Azərbaycanın regional və beynəlxalq əhəmiyyətinin artmasında ayrıca yer tutur. Enerji resurslarının ixracı, yeni qaz və neft layihələri, eləcə də Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, geosiyasi çəkisini də artıran amillər kimi təqdim edildi. Tranzit imkanlarının genişləndirilməsi ölkəyə əlavə gəlirlərin, yeni iş yerlərinin və uzunmüddətli iqtisadi imkanların yaranmasına xidmət edən istiqamət kimi qiymətləndirildi. Çıxışın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesidir. Ərazilərin bərpası yalnız tikinti və infrastruktur layihəsi kimi deyil, Azərbaycanın ərazi bütövlüyünün real və davamlı şəkildə təmin edilməsinin tərkib hissəsi kimi nəzərdən keçirildi. Bu prosesin sürətləndirilməsi qarşıdakı illərin əsas dövlət vəzifələrindən biri kimi müəyyən edildi.
Ümumilikdə, dövlət başçısının YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan üçün yeni mərhələnin əsas məzmunu Zəfərdən sonrakı dövlət quruculuğunun daha da möhkəmləndirilməsi ilə bağlıdır. Bu mərhələdə hərbi güc, ideoloji və informasiya təhlükəsizliyi, müstəqil xarici siyasət, iqtisadi dayanıqlıq, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası bir-birini tamamlayan strateji istiqamətlər kimi çıxış edir. Bu baxımdan qurultayın əsas mesajlarından biri ondan ibarətdir ki, əldə edilmiş tarixi nəticələrin qorunması və gələcək inkişafın təmin olunması davamlı siyasi iradə, güclü dövlət institutları, iqtisadi imkanlar və dəyişən beynəlxalq mühitə uyğun çevik siyasət tələb edir. Prezidentin çıxışında qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər də məhz bu yanaşmanın üzərində formalaşır.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA