40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərinə keçib. AYNA bu vəziyyətlə əlaqədar M1-M6 ekspres marşrutlarını istifadəyə verib və 20 müntəzəm marşrut üzrə avtobusların sayının artırılacağını açıqlayıb.

Amma kağız üzərində görülən tədbirlərlə küçədə yaşanan reallıq arasında ciddi fərq yaranır.

Bu gün özüm bunun birbaşa şahidi oldum. Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzində M5 nömrəli ekspres avtobusu 40 dəqiqədən çox gözlədim. Hava isə soyuq və küləkli idi. Dayanacaqda insanlar uzun müddət avtobus gözləməyə məcbur qaldılar.

Nəhayət, M5 gəldi, amma bu dəfə də başqa problem ortaya çıxdı: avtobusda yer olmadığından sərnişinlərin bir hissəsi minə bilmədi.

Belə vəziyyətdə ortaya çox sadə sual çıxır: Əgər M5 sərnişinlər üçün yaradılmış ekspres marşrutdursa, insanlar niyə 40 dəqiqədən artıq dayanacaqda gözləməlidir?

BakuBus-ın açıqlaması ilə reallıq niyə üst-üstə düşmür?
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?Məsələ ilə bağlı BakuBus-ın mətbuat xidməti ilə əlaqə saxladım. Əsmər Əliyevadan problemin səbəbi ilə bağlı məlumat istədim. Əsmər Əliyeva isə Sonxeber.az-a açıqlamasında bildirdi ki, "siz deyirsiniz 40 dəqiqə avtobus gözləyirsiniz, amma elə bir şey yoxdur". Onun sözlərinə görə, monitorinq mərkəzindən belə məlumat alınıb və M5 marşrutunda 40 dəqiqəlik gözləmə ilə bağlı vəziyyət qeydə alınmayıb.

Burada isə ciddi ziddiyyət yaranır.

Bir tərəfdə 40 dəqiqədən artıq avtobus gözləyən sərnişinlər, digər tərəfdə isə "elə bir şey yoxdur" deyən açıqlama.

Bəs hansına inanmalıyıq?

Sərnişin dayanacaqda soyuqda 40 dəqiqədən artıq dayanıbsa, həmin insanın yaşadığı problemi sadəcə "elə bir şey yoxdur" deməklə necə izah etmək olar?

Üstəlik, bu gün həmin ərazidə sərnişinlərin hərəkətinə nəzarət edən təlimatçı da görünmürdü. Əgər monitorinq aparılırsa, real vəziyyətə yerində nəzarət edən şəxslər haradadır?

AYNA-nın vədləri küçədə niyə görünmür?

AYNA özü açıqlamasında metro xətlərinin ayrılması layihəsinin böyük sərnişin axını yaratdığını bildirib. Agentliyin məlumatına görə, 16 sentyabrda yalnız ekspres avtobuslarla 127 mindən çox sərnişin daşınıb, "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən isə 200 mindən çox sərnişin istifadə edib.

Deməli, problemə əlavə yükün yarandığını AYNA özü də təsdiqləyir.

Belə olan halda nəqliyyat sistemi bu qədər böyük sərnişin axınına uyğun qurulmalıdır.

M5, M6 və digər ekspres marşrutlar məhz metroda yaranmış məhdudiyyətin nəticələrini azaltmaq üçün yaradılıb. AYNA M6 marşrutunun sxemini hətta sərnişin tələbatını nəzərə alaraq dəyişdiyini açıqlayıb.

Lakin marşrut yaratmaq kifayət etmir.

Avtobus vaxtında gəlmirsə, avtobusun tutumu sərnişin sayına çatmırsa və insanlar dayanacaqda 30-40 dəqiqə gözləyirsə, həmin marşrutun kağız üzərində mövcud olmasının sərnişinə nə faydası var?

İnsanlar nə vaxta qədər əziyyət çəkməlidir?

Metroda yaranmış məhdudiyyətin müvəqqəti olduğu bildirilir. Lakin bu müddət ərzində insanlar səhər işə, dərsə, görüşə gecikirsə, axşam saatlarında evlərinə çatmaq üçün saatlarla yolda qalırsa, bunun yükünü sərnişinin üzərinə qoymaq olmaz.

Bu gün M5-də yaşanan mənzərə də göstərir ki, məsələ təkcə bir avtobusun gecikməsi deyil. Söhbət sərnişin tələbatının düzgün hesablanmasından, avtobusların sayından, tutumundan və hərəkət intervalına nəzarətdən gedir.

Əgər AYNA və BakuBus monitorinq sistemində hər şeyin qaydasında olduğunu göstərirsə, amma sərnişin 40 dəqiqədən çox avtobus gözlədiyini deyirsə, deməli, sistemlə küçədəki reallıq arasında problem var.

Və bu problem həll edilməlidir.

Çünki vətəndaşın işi monitorinq sisteminin rəqəmlərinə baxmaq deyil. Vətəndaşın işi evinə, işinə və təyinat yerinə vaxtında çatmaqdır.

AYNA və BakuBus isə bunun üçün yaradılmış qurumlardır.

Əgər nəqliyyat sistemi sərnişinin ən sadə ehtiyacını - vaxtında avtobus gözləmədən gedəcəyi yerə çatmağı təmin edə bilmirsə, onda qurumların qarşısında çox ciddi məsuliyyət sualı dayanır.

Sərnişin 40 dəqiqə soyuqda dayanacaqda gözləyirsə, "elə bir şey yoxdur" cavabı problemi həll etmir. Əksinə, əsas sualı daha da böyüdür: monitorinq kim üçün aparılır - sərnişin üçün, yoxsa hesabat üçün?

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4545   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021