İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur"
"Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçımız qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə yeni müharibə, münaqişə ocaqları yaranır:
"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".
Prezident bildirib ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O qeyd edib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.
"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 88 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər hər zaman öz andına sadiq qalıb
Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqı
1 oktyabrVətənə sədaqətlə xidmət etmiş Ulu Öndər
Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Böyü
1 oktyabrCəbrayıl - azadlığa qovuşan ilk şəhər
Cəbrayıl şəhərinin azadlığına qovuşmasından altı il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətə
1 oktyabrTarixi Qələbə günlərinin əbədiləşdirilməsi
XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik həmin vaxt Azərbaycanı
1 oktyabrCəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu
Qarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçis
1 oktyabrYAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva
2 oktyabr1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
1 oktyabr