Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMAAzərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktiki mexanizmləri nəzərə alınmalıdır.

Bəs, alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsinə necə təsir göstərə bilər və peşəkar ordunun formalaşdırılması prosesində çağırış sisteminin rolu necə dəyişə bilər?
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var.

"Şəxsən düşünürəm ki, ildə dörd dəfə çağırışın həyata keçirilməsi həm böyük yükdür, həm də Silahlı Qüvvələr üçün əlavə çətinliklər yaradır. İldə dörd dəfə çağırışı həyata keçirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzən Silahlı Qüvvələrin sifarişini yerinə yetirmək, keyfiyyətli, yəni fiziki baxımdan hazırlıqlı çağırışçıları seçməkdə müəyyən çətinliklərlə üzləşir. Əgər ildə iki dəfə çağırış olsa, əksər ölkələrdə olduğu kimi, həm daha keyfiyyətli çağırışçılar seçmək, həm də vaxt baxımından onları nəzəri və praktiki olaraq müəyyən dövr hazırlamaq mümkün olar".

Ekspert bildirib ki, alternativ xidmətlə bağlı isə çox təəssüf ki, Milli Məclis hələ də bu barədə qanunun qəbuluna tələsmir:

"Əvvəllər bununla bağlı əsas arqument kimi Qarabağ məsələsinin həll olunmaması, gələcəkdə müharibə olacağı təqdirdə kimlərinsə alternativ xidməti seçərək hərbi xidmətə getməməsi göstərilirdi. Mən o zaman da demişdim, indi də həmin fikri təkrar edirəm: xidmət etmək istəməyən insan, hətta güllə altında belə olsa, xidmət etməyəcək və bunun üçün müxtəlif bəhanələr tapacaq. Əgər insan Vətən qarşısında öz borcunu yerinə yetirmək istəyirsə, nə olursa-olsun, həmin borcu vicdanla yerinə yetirəcək. Alternativ xidmət haqqında qanun mütləq qəbul olunmalıdır. Bu istiqamətdə artıq çox gecikirik. Azərbaycana beynəlxalq qurumlar tərəfindən irad bildirilən məsələlərdən biri də həmin qanunun hələ də qəbul olunmamasıdır. 1990-cı illərdən bu yana alternativ xidmətlə bağlı müxtəlif müzakirələr aparılır, amma məsələ hələ də öz həllini tapmayıb. Hesab edirəm ki, alternativ xidmət haqqında qanun qəbul olunandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və digər qurumların da işi müəyyən qədər yüngülləşəcək. Çünki alternativ xidmət o demək deyil ki, insan istədiyi halda bu xidməti seçə bilər. Bunun üçün tutarlı əsaslar və dəlillər olmalıdır. Əgər belə əsaslar yoxdursa, şəxs alternativ xidməti seçə bilməz. Alternativ xidmət dini inancına görə və ya fiziki sağlamlığı ilə bağlı müəyyən problemləri və çətinlikləri olan şəxslər üçün nəzərdə tutula bilər".

Onun sözlərinə görə, alternativ xidmət digər xidmətdən heç də asan olmamalıdır:

"Məsələn, ali təhsilli şəxs bir il müddətinə hərbi xidmət keçirsə, alternativ xidmət seçən şəxs bir il yarım və ya iki il xidmət etməli ola bilər. Orta təhsilli şəxs alternativ xidmət seçərsə, onun xidmət müddəti bir il yarım əvəzinə iki il və ya iki il yarım ola bilər. Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələrdə, Səhiyyə Nazirliyinin xəstəxanalarında və ya reabilitasiya mərkəzlərində həyata keçirilə bilər. Yəni alternativ xidmət asan xidmət kimi qəbul edilməməlidir. Bunun özünün müəyyən incəlikləri və nüansları var və onlar da nəzərə alınmalıdır. Bir sözlə, əgər peşəkar ordu formalaşdırırıqsa, alternativ xidmət haqqında qanun da olmalıdır, çağırış sistemi də təkmilləşdirilməlidir. Peşəkar ordu quruculuğunda bu amillər həmişə böyük rol oynayır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 392   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr