Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcının istehlakçı qarşısında zəmanət və məhsulun keyfiyyəti ilə bağlı birbaşa hüquqi öhdəlikləri daha aydın müəyyənləşdirilib.
Bəs mövcud qaydalar çərçivəsində elektronika mağazalarının üzərinə istehlakçı qarşısında daha konkret və rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? Belə bir mexanizm tətbiq olunarsa, mağazaların, servis mərkəzlərinin və istehsalçıların məsuliyyəti necə bölüşdürülməlidir? Əsas məsələ isə budur: nasaz məhsulla üzləşən istehlakçı öz hüququnu daha asan şəkildə kimdən tələb etməlidir?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, sualınıza cavab olaraq bildirirəm ki, Avropa dövlətləri mağazaların üzərinə "istehsalçı zəmanəti verin" öhdəliyi qoymur - bunu texniki olaraq qoya da bilməzlər, çünki istehsalçı zəmanəti Samsung-un, Bosch-ın və ya digər şirkətlərin öz könüllü kommersiya öhdəliyidir, dövlət xarici şirkəti ona məcbur edə bilməz. Avropa fərqli bir şey edir: satıcının qanuni uyğunluq məsuliyyətini tənzimləyir (AB-nin 2019/771 saylı Direktivi). Yəni mal təhvil veriləndən sonra ən azı 2 il ərzində məhsul uyğunsuz çıxarsa, cavabdeh - zəmanət kartını kim verməsindən asılı olmayaraq - satıcıdır. İstehsalçı zəmanəti bunun üstünə əlavədir, əvəzi deyil. Üstəlik ilk 12 ayda (bəzi ölkələrdə 24 ay) qüsurun malda doğuşdan olduğu güman edilir - sübut yükü satıcının üzərindədir. Yəni əsl mexanizm "rəsmi zəmanət" deyil, "satıcının qanuni məsuliyyəti + sübut yükünün ona keçməsi"dir.
Yerli qanunvericiliuə əsasən, Mağaza "servis zəmanəti" ilə sizin qanuni hüquqlarınızı azalda bilməz. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 16-cı maddəsi birbaşa deyir ki, qanunvericilikdəki hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Zəmanət kartında "yalnız təmir edilir, dəyişdirilmir" yazılması hüquqi qüvvəyə malik deyil.
Həmin qanunun 7.1-ci maddəsinə görə zəmanət müddətində qüsur aşkar edəndə siz öz istəyinizə görə satıcıdan və ya istehsalçıdan beş tələbdən birini irəli sürə bilərsiniz: dəyişdirmə, qiymətin azaldılması, pulsuz təmir (və ya təmir xərclərinin ödənilməsi), başqa modelə dəyişdirmə, yaxud müqavilənin ləğvi və zərərin ödənilməsi. Mağaza sizi "istehsalçıya müraciət edin" deyə göndərə bilməz - seçim hüququ sizdədir.
Azərbaycandan kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində yuxarıdakı tələblər satıcının hesabına ödənilir. Elektronikanın demək olar hamısı bu kateqoriyaya düşür. 7.8-ci maddə isə deyir ki, istehsalçı satıcının çəkdiyi xərci ona qaytarmalıdır - yəni bu, mağaza ilə istehsalçı arasındakı məsələdir, sizin probleminiz deyil.
Həmin qanunun 7.10-cu maddəsinə görə tələbiniz yalnız o halda rədd edilə bilər ki, satıcı və ya istehsalçı qüsurun sizin istifadə/saxlama qaydalarını pozmağınızdan, üçüncü şəxslərin hərəkətindən və ya təbii fəlakətdən yarandığını sübuta yetirsin. Praktikada bu tərsinə işlədilir - "siz vurmusunuz" deyib üstünü örtürlər, halbuki bunu sübut etmək onların işidir.
Habelə zəmanət müddətində keyfiyyətin itmə səbəbini müəyyən etmək lazım gələrsə, satıcı sizin yazılı ərizənizi aldıqdan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir və ekspertiza satıcının hesabına aparılır.
Təmir müddəti qədər- zəmanət uzadılır, mal dəyişdirilərsə zəmanət sıfırdan başlayır. İstehsalçı malın xidmət müddəti ərzində, belə müddət müəyyən edilməyibsə 10 il ərzində təyinatı üzrə istifadəyə təminat verməli və ehtiyat hissələri ilə təchizatı təmin etməlidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı