Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsiz idarə olunmasına mane olduqda yol hərəkəti qaydalarının pozulması məsələsi gündəmə gəlir. Belə hallarda bəzəklərin yaratdığı maneənin xarakterindən və konkret pozuntudan asılı olaraq hüquqi məsuliyyət yarana bilər.
Bəs, avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi hansı hallarda yol hərəkəti qaydalarının pozulması sayılır və belə pozuntulara görə sürücülər hansı cərimələrlə üzləşə bilərlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, toy karvanlarında avtomobili lent, gül və digər dekorlarla bəzəmək özlüyündə yol hərəkəti qaydalarının pozuntusu sayılmır.
"Ancaq bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırır, şüşələrin şəffaflığını korlayır və ya yoldakı insanlar üçün xəsarət təhlükəsi yaradırsa, bu, yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması sayıla bilər. DİN-in nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət qaydalarında belə əşyalar nəzərdə tutulur. Dövlət qeydiyyat nişanının görünməsini qəsdən çətinləşdirən örtük və ya qurğudan istifadəyə görə İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən 500-800 manat cərimə və həmin predmetin müsadirəsi nəzərdə tutulur. Dekor nömrənin üzərinə təsadüfən düşübsə, bu hal qəsdən nömrə görünüşünü çətinləşdirən örtük və ya qurğudan istifadə ilə eyni qiymətləndirilmir, hüquqi qiymət konkret şəraitdən asılıdır".
Ekspert bildirib ki, bəzək işıq cihazlarını örtürsə, avtomobilin işıqlarının görünməsi və istifadəsi pozula bilər:
"Belə hal nəqliyyat vasitəsinin istismarına qadağa yaradan nasazlıq kimi qiymətləndirilərsə, İXM-in 342.5-ci maddəsi üzrə 50 manat cərimə tətbiq oluna bilər. Normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdırılması və ya dəyişdirilməsi isə 342.2.2-ci maddəyə əsasən 150 manat cərimə ilə nəticələnə bilər. Sadəcə dekorun işıq cihazının qarşısına düşməsi ilə avadanlığın dəyişdirilməsi eyni hal deyil. Cərimə avtomobilin toy karvanında və ya körpəni evə gətirmək üçün istifadə olunmasına görə deyil, bəzəyin yaratdığı konkret maneə və pozuntuya görə müəyyən edilir. Bəzəkləri şüşələrdən, güzgülərdən, dövlət qeydiyyat nişanından və işıq cihazlarından uzaq saxlamaq, sallanan lentləri isə möhkəm bərkitmək lazımdır. Cərimə tətbiq olunarsa, protokolda göstərilən maddə və pozuntunun əsaslandırılması tələb olunmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Rus ordusu Omelniki işğal etdi