Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır".
Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin "Facebook" hesabındakı paylaşımında yer alıb.
"Bu məsələdə mövqeyimiz hər zaman açıq olub: imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur.
Lakin diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm.
Hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir. Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir.
Biz hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirik. Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir.
Ötən il bu məsələyə daha dərindən baxmaq, imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək üçün anonim sorğular da keçirdik. Sorğular həm imtahandan əvvəl, həm də sonra aparıldı.
Əldə etdiyimiz nəticələri təhlil edərək məqalə şəklində hazırlamışıq və sizinlə bölüşürük. Hər kəsi bu məqaləni oxumağa, təqdim olunan nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə dəvət edirəm. İnanıram ki, faktlara və təhlillərə əsaslanan müzakirələr həm mövcud mənzərəni daha düzgün qiymətləndirməyə, həm də qarşılıqlı anlaşmaya kömək edə bilər.
İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir", - paylaşımda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 121 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrDTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan
19 oktyabrAlyona Əliyeva konsertdə - Fotolar
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:
19 oktyabrTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabr1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları
18 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabr