Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMA

Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMAVərəm xəstəliyinə qarşı dərman preparatlarının cəzaçəkmə müəssisələrinə tədarükü üçün əvvəllər barəsində inzibati xəta protokolu tərtib edilmiş şirkətlə müqavilə bağlanması dərmanların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bununla belə, şirkətin əvvəlki pozuntusunun nə ilə bağlı olduğu və dərman vasitələrinin keyfiyyətinə birbaşa təsir edib-etmədiyi ayrıca qiymətləndirilməlidir. Xüsusilə məhkumların sağlamlığının qorunması baxımından dərmanların mənşəyinə, saxlanma və daşınma şəraitinə, eləcə də keyfiyyətinə nəzarət mühüm əhəmiyyət daşıyır.

Bəs, belə satınalmalarda şirkətin əvvəlki inzibati pozuntusu hansı meyarlarla qiymətləndirilməli, dərmanların keyfiyyət və təhlükəsizliyinə zəmanət verilməsi üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır?
Vərəm dərmanlarının tədarükü: Məhkumların sağlamlığı məsələsində güzəşt ola bilməz - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, müqavilə bağlanarkən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürür və həmin öhdəliklərə riayət olunmalıdır.

"Xüsusilə qida və dərman məsələlərinə çox ciddi yanaşılmalıdır, çünki hər ikisi insan sağlamlığına və həyatına birbaşa təsir göstərir. Bu məsələlərdə pozuntular davamlı xarakter daşıyırsa, onların hüquqi baxımdan da həlli təmin edilməlidir. Digər tərəfdən, dərmanların saxlanılması və daşınması qaydalarına ciddi əməl olunmalıdır. Hər bir dərmanın içlik vərəqəsində onun xüsusiyyətləri, hansı diaqnozlarda istifadə edilə biləcəyi, hansı hallarda istifadəsinin uyğun olmadığı, saxlanma müddəti və şəraiti barədə məlumatlar əks olunur. Bu tələblərə dəqiq riayət edilməlidir, çünki dərmanlar birbaşa insan orqanizminə daxil olur".

Ekspert bildirib ki, insanın azadlıqda olması və ya cəzaçəkmə müəssisəsində saxlanılması bu baxımdan fərq yaratmır:

"Hər bir insanın sağlamlığının qorunması vacibdir. Həkimlər insanlara kömək etməli, bu prosesdə iştirak edən digər şəxslər də müəyyən edilmiş qayda və tələblərə mütləq əməl etməlidirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 203   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Dövlətin əsas prioriteti ölkənin təhlükəsizliyidir: Məktəblərdə bərabərlik prinsipi necə qorunmalıdır?

"Bizim kollektiv kimlik formalaşdırmaq kimi bir hədəfimiz yoxdur. Burada əsas məsələ məktəbdə bərabərlik prinsipinin gözlənilməsidir. Kimlik fərdi qaydada, insanın özünü təkmilləşdirməsi ilə də formalaşa bilər. Fərdi düşüncədə baş verən dəyişikliklər və yenilənmələr bütövlükdə ölkəmiz üçün olduqc

19 oktyabr
.

Sabah rayonlara yağış yağacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında oktyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

20 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr