"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar ƏrturanŞəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskindən tutmuş, yanğınsöndürən texnikanın hadisə yerinə yaxınlaşmasına qədər bir sıra təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Bəs binalar arasındakı məsafə hansı tələblərə uyğun müəyyənləşdirilməlidir və tikinti zamanı bu normalara nə dərəcədə əməl olunur?
"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar ƏrturanMövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan Sonxeber.az-a açıqlamasında bildirdi ki, inşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, Bakıda binaların bir-birinə həddindən artıq yaxın tikilməsi ciddi şəhərsalma və yanğın təhlükəsizliyi riskləri yaradır. Yanğın zamanı alov yalnız birbaşa təmasla deyil, istilik şüalanması, yanan hissəciklər və fasad materialları vasitəsilə də qonşu binaya yayıla bilər. Üstəlik, binalar arasında məsafə azaldıqca yanğınsöndürmə texnikasının hərəkəti və insanların təxliyəsi çətinləşir.

Azərbaycanın tikinti normalarında yaşayış və ictimai binalar arasında yanğın əleyhinə məsafələr odadavamlılıq dərəcəsindən asılı olaraq 6, 8, 10 və 15 metr kimi müəyyən edilir. Hündür və xüsusi təyinatlı binalarda isə əlavə, daha sərt tələblər tətbiq oluna bilər. Bir memar kimi hesab edirəm ki, əsas problem yalnız binaların yaxınlığı deyil, həmin yaxınlığın mühəndis hesablamaları və təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb-əsaslandırılmamasıdır. Qanunvericilik müəyyən şərtlərlə bitişik tikintiyə imkan versə də, bu halda odadavamlı konstruksiyalar və yanğının yayılmasının qarşısını alan həllər təmin edilməlidir.

"VR Standartları 2026" metodikasının insan mərkəzli təhlükəsizlik yanaşması baxımından da yaşayış mühitinin keyfiyyəti yalnız mənzilin daxilində deyil, qonşu tikililərlə qarşılıqlı təhlükəsizlik şəraitində qiymətləndirilməlidir.

Mənim mövqeyim qətidir: investorun əlavə kvadratmetr qazanmaq marağı insanların təhlükəsizliyindən üstün tutula bilməz.
Binalar arasındakı məsafə boş torpaq deyil, yanğın zamanı insan həyatını qoruyan təhlükəsizlik zonasıdır.

Normativ əsas: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 60 və 69-cu maddələri, həmçinin yanğına qarşı ara məsafələri müəyyən edən dövlət şəhərsalma normaları.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 231   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü - Anbaan video

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paylaşım edib. Bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəs

19 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

2 il burnunda gilas tumu ilə gəzib - Video

Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub. Əvvəlcə uşağ

19 oktyabr
.

Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən ən mühüm məsələlərdən biridir. Çünki sağlam, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gənc nəslin yetişdirilməsi yalnız ailəni

19 oktyabr
.

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycan

19 oktyabr
.

Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy

20 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Alyona Əliyeva konsertdə - Fotolar

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva "Instagram" hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb. "Qafqazinfo" sözügedən fotoları təqdim edir:

19 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr