Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədiBakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmək ciddi vaxt itkisinə səbəb olur və gündəlik gediş-gəlişi çətinləşdirir.

Maraqlıdır ki, 13 nömrəli marşrutda interval problemi ilə bağlı 2026-cı ilin aprelində də sərnişin şikayətləri yayılıb. Həmin vaxt "BakuBus" avtobusların 7-8 dəqiqəlik intervalla hərəkət etdiyini bildirsə də, tıxacların gecikmələrə səbəb ola biləcəyini açıqlamışdı.
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədiMövzu ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məncə bu vəziyyətə təkcə avtobusların sayına görə qiymət vermək olmaz. Onun sözlərinə görə, sərnişin axınının günün saatlarına görə dəyişməsi, yol sıxlığı və avtobusların faktiki hərəkət intervalı birlikdə nəzərə alınmalıdır: "İctimai nəqliyyatda daha planlı xidmət qurmaq baxımından brutto müqavilə modelini müsbət addım hesab edirəm. Bu modeldə daşıyıcıya ödəniş sərnişin sayından deyil, qət edilən məsafə və xidmətin keyfiyyətindən asılı olur. Marşrut üzrə avtobusların sayı və hərəkət intervalı əvvəlcədən müəyyənləşdirildiyindən daşıyıcı sərnişin sayının azalmasına əsaslanaraq avtobusların sayını müstəqil şəkildə azalda bilməz. Qrafikə və xidmət tələblərinə əməl olunmasına nəzarət edilir, pozuntu olduqda müqavilə üzrə maliyyə tədbirləri tətbiq oluna bilər.

Modelin mühüm üstünlüyü daşıyıcını daha çox sərnişin götürməyə deyil, müqavilədə nəzərdə tutulan xidməti vaxtında və keyfiyyətlə göstərməyə təşviq etməsidir. Bu, xüsusilə sərnişin sayı gün ərzində dəyişən və gəlirliliyi aşağı olan marşrutlarda xidmətin qorunmasına kömək edə bilər. Eyni zamanda daşıyıcı üçün maliyyə planlaşdırmasını asanlaşdırır, avtobus parkının yenilənməsinə və texniki xidmətə investisiya imkanlarını artıra bilər.

Brutto müqavilə sistemi hazırda mərhələli tətbiq olunur. AYNA-nın məlumatına görə ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar bu sistemə qoşulub. Digər marşrutların da mərhələli şəkildə qoşulacağı açıqlanıb. Bakıda marşrutlara cəlb olunan avtobusların sayının artırılması və avtobus zolaqlarının genişləndirilməsi də müsbət istiqamətdə atılan addımlardır. 2026-cı ilin sentyabrında xəttə çıxan avtobusların sayının 2 530-a çatdığını bildirib. 2025-ci ilin sonuna 40 küçə və prospektdə 114 kilometrdən artıq avtobus zolağı təşkil edilmişdi. Dövlət Proqramında bu şəbəkənin 160 kilometrə çatdırılması nəzərdə tutulur.

Mənim ekspert kimi qənaətim budur ki brutto müqavilə, avtobus parkının yenilənməsi və xüsusi zolaqların genişləndirilməsi birlikdə ictimai nəqliyyatı daha etibarlı etməyə real imkan yaradır" - deyə Nağıyev bildirib.

Məsələ ilə bağlı "BakuBus"a sorğu göndərilsə də, sorğumuza cavab verilməyib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video

Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr