Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonra tərəflər arasında əldə olunan razılaşmanın cəzanın icrasına hansı həddə təsir göstərə biləcəyi sualını gündəmə gətirir. Eyni zamanda, məhkumların qanunvericilikdə nəzərdə tutulan digər hüquqi imkanlardan istifadə etmək hüququ da qalır.

Bəs, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə əldə olunan barışıq hansı hüquqi əhəmiyyət daşıyır və bu halda məhkum cəzanın yüngülləşdirilməsi üçün hansı qanuni mexanizmlərdən istifadə edə bilər?
Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, cinayət mühakimə icraatında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması və vurulmuş ziyanın ödənilməsi cəzanın fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Lakin bu halların hüquqi nəticələri onların hansı mərhələdə baş verməsindən asılıdır. Xüsusilə, məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra əldə edilən barışığın cəzanın azaldılması üçün əsas olub-olmaması hüquqi baxımdan mühüm məsələdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə barışıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulur. Məcəllənin 60.1-ci maddəsi isə müəyyən şərtlər daxilində cəzanın təyin edilməsinin xüsusiyyətlərini müəyyən edir. Bu normalar, əsasən, cəzanın təyin edilməsi mərhələsində tətbiq olunur. Hökm qanuni qüvvəyə mindikdən sonra baş verən barışıq isə öz-özlüyündə əvvəlki cəza təyinetmə prosesinin yenidən açılmasına və cəzanın avtomatik azaldılmasına səbəb olmur".

Vəkil bildirib ki, Ali Məhkəmənin mövqeyi hökmün icrası mərhələsində cəzanın dəyişdirilməsi ilə onun ilkin təyin edilməsi arasındakı fərqin qorunmasına əsaslanır:

"Hökm qüvvəyə mindikdən sonra yekun məhkəmə qərarı yalnız qanunla nəzərdə tutulan əsaslar və prosessual qaydalar çərçivəsində dəyişdirilə bilər. Buna görə də sonradan əldə edilən barışıq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinə əsasən cəzanın yenidən müəyyənləşdirilməsi üçün müstəqil əsas sayılmır. Bununla belə, bu yanaşma məhkumun cəzanın yüngülləşdirilməsi ilə bağlı bütün hüquqlarının aradan qalxması demək deyil. Barışıq, zərərin ödənilməsi və məhkumun peşmançılıq göstərməsi onun davranışını və islah olunma səviyyəsini qiymətləndirmək baxımından əhəmiyyət daşıya bilər. Bu hallar qanunvericilikdə nəzərdə tutulan digər mexanizmlər, o cümlədən şərti olaraq vaxtından əvvəl azad edilmə və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması zamanı nəzərə alına bilər".

Onun sözlərinə görə, zərərçəkmişlə barışıq həmin güzəştlərin tətbiqinə avtomatik hüquq yaratmır:

"Qərar cinayətin xarakteri, çəkilmiş cəza müddəti, məhkumun davranışı və qanunla müəyyən edilmiş digər şərtlər əsasında qəbul edilir. Əfv və amnistiya mexanizmlərindən istifadə də müvafiq hüquqi tələblərə uyğun olmalıdır. Məhkumun hüquqlarının müdafiəsi baxımından da əsas məsələ qanunla nəzərdə tutulan hüquqi vasitələrdən düzgün istifadə edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını nəzərdə tutur. Lakin bu təminat məhkəmənin qanunda göstərilməyən əsaslarla yekun hökmü dəyişdirməli olduğu anlamına gəlmir".

Vəkil qeyd edib ki, Ali Məhkəmənin 20 oktyabr 2026-cı ildə açıqlanan hüquqi mövqeyinə görə, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmişlə barışığa istinad etməklə Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələri əsasında cəzanın yenidən müəyyənləşdirilməsi barədə müraciətə hökmün icrası qaydasında baxıla bilməz:

"Nəticə etibarilə, hökm qüvvəyə mindikdən sonra əldə olunan barışıq cəzanın yenidən müəyyənləşdirilməsi üçün müstəqil əsas sayılmasa da, hüquqi əhəmiyyətini tam itirmir. Barışıq, zərərin ödənilməsi və məhkumun müsbət davranışı qanunla nəzərdə tutulan digər güzəşt mexanizmləri çərçivəsində qiymətləndirilə bilər. Əsas məqsəd həm yekun məhkəmə qərarının sabitliyini qorumaq, həm də məhkumun qanuni güzəştlərdən istifadə imkanını təmin etməkdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 206   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

20 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...

Azərbaycanda bəzi kateqoriyadan olan şəxslərə əməkhaqlarının 80 və ya 100 faizi həcmində pensiya təyin edilməsi pensiya sistemindəki güzəştləri, sosial ədalət prinsipini və dövlət büdcəsinə düşən yükü yenidən gündəmə gətirir. Xüsusi kateqoriyalar üçün nəzərdə tutulan bu mexanizmlər xidmətin xarakteri

20 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr