Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb.
"Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus olan dəbdəbəli sarayı turistlərin ödənişli yaşayışı üçün istifadəyə veriblər.
"Ruspoli Bonaparte Residence" adı altında fəaliyyət göstərən tarixi binada hər birinin sahəsi 100 kvadratmetrdən çox olan dörd özəl suit yerləşir. Antik mebellər, hündür tavanlar, mərmər bəzəklər və tarixi kaminlərlə bəzədilmiş suitlərdə bir gecə qalmağın qiyməti 470 dollardan başlayır. Bu qiymətə səhər yeməyi və xidmətçi personalın xidməti daxildir.
Tarixi sarayı bütövlüklə özəl olaraq icarəyə götürmək istəyənlər üçün isə gecəlik qiymət 4000 avro təşkil edir. Hüquqşünas və jurnalist kimi də fəaliyyət göstərən Şahzadə Jakinta və anası qonaqları sarayda şəxsən qarşılayırlar.
Tarixi binaların qorunmasının getdikcə baha başa gəldiyini bildirən Şahzadə Jakinta Ruspoli dəyişən zəmanəyə uyğunlaşmalı olduqlarını vurğulayıb: "Ailəmizdən miras qalan mədəni irsi qapalı saxlamaq əvəzinə, insanlarla bölüşməyi üstün tuturuq. Biz özümüzü sarayın sahibindən daha çox, bu tarixi irsin qoruyucusu və qəyyumu kimi görürük".
Romanın mərkəzində yerləşən bu memarlıq abidəsi həm də tarixi hadisələri ilə diqqət çəkir. Fransız imperatoru III Napoleon uşaqlıq illərində anası Hortensiya de Böharne ilə məhz bu sarayda yaşayıb.
Ruspoli ailəsi həmçinin Romadan 50 kilometr şimalda, Çerveteri şəhərində yerləşən "Castello Ruspoli" adlı tarixi qəsrlərini də 10 suitlik butik hotelə çevirərək turizm sektoruna cəlb edib.




Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 178 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrUsta seçərkən ən çox edilən 7 səhv hansıdır?
Usta seçmək həyatımızın bir çox sahəsində vacib qərarlardan biridir. İstər avtomobil təmiri, istər evin təmiri, istərsə də məişət texnikasının servisi olsun, doğru usta seçimi həm vaxta, həm pula, həm də əsəblərə qənaət edir. Təəssüf ki, çoxları usta seçərkən bəzi vacib məqamlara diqqət etmədiyi üçü
19 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabr1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabr