Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətli dərəcədə artıra bilər. Buna görə də kredit götürməzdən əvvəl müqavilənin şərtlərini diqqətlə araşdırmaq, ümumi geri ödəniş məbləğini hesablamaq və şəxsi büdcəyə uyğunluğunu qiymətləndirmək vacibdir.
Bəs, vətəndaşlar BOKT-lardan kredit götürərkən hansı məqamlara diqqət yetirməlidirlər? Faizlər, komissiyalar və gecikmə cərimələri nəzərə alınmaqla kreditin sərfəli və təhlükəsiz olub-olmadığını necə müəyyənləşdirmək olar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bank olmayan kredit təşkilatları (BOKT) vəsaitləri banklarla müqayisədə daha baha cəlb etdiklərinə görə, onların təqdim etdiyi kreditlər üzrə faiz dərəcələri də adətən yüksək olur.
"Məsələn, banklarda kredit faizləri 9-10 faizdən başlaya bildiyi halda, təminatsız istehlak kreditləri üzrə BOKT-larda bu göstərici 22-30, hətta 32 faizə çata bilər. Burada əsas amil BOKT-ların cəlb etdikləri vəsaitlərin maya dəyəridir. Bankların maliyyə imkanları daha genişdir və onlar əhalidən depozit qəbul edə bilirlər. Bu da kredit vermək üçün istifadə olunan vəsaitlərin maya dəyərinin nisbətən aşağı olmasına şərait yaradır. BOKT-lar isə depozit qəbul edə bilmədikləri üçün vəsaitləri əsasən banklardan, digər qurumlardan və xarici maliyyə mənbələrindən cəlb edirlər. Vəsaitləri daha baha əldə etdiklərinə görə, xərclərini qarşılamaq və gəlirlilik marjasını qorumaq məqsədilə kredit faizlərini banklarla müqayisədə yüksək müəyyən edə bilirlər".
Ekspert bildirib ki, kredit götürərkən vətəndaşlar ilk növbədə müqavilədə göstərilən faiz dərəcəsinə və faktiki illik faiz dərəcəsinə diqqət yetirməlidirlər:
"Bununla yanaşı, kreditin vaxtından əvvəl bağlanması zamanı əlavə faiz və ya digər ödənişlərin tutulub-tutulmadığını, komissiyaların məbləğini və ödəniş qaydalarını dəqiqləşdirmək vacibdir. Gecikmə cərimələrinin hansı məbləğdə hesablandığı və gecikmənin neçənci günündən tətbiq edildiyi də əvvəlcədən öyrənilməlidir. Ümumiyyətlə, müqavilənin bütün şərtləri oxunmalı və yalnız bundan sonra imzalanmalıdır. Kreditin sərfəli olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif bankların və BOKT-ların rəsmi internet səhifələrindəki təklifləri müqayisə etmək olar. Bir çox hallarda kredit kalkulyatorları vasitəsilə aylıq ödənişlərin məbləğini hesablamaq, faiz dərəcələri və komissiyalar barədə məlumat əldə etmək mümkündür. Vətəndaşlar bu məlumatları müqayisə etdikdən sonra öz gəlirlərinə və ödəmə imkanlarına uyğun kredit seçə bilərlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı