Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib.
Aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: "Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır".
Bəyanatda o da vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib: "Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözüyolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir".
Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən, Avropa Parlamentinə səsləniblər: "Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam ediririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollandı. Cenevrə aksiyasından qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişdi. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?".
Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış "Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var", "Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?" kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya xitab ediblər.
İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.
"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıdığını vurğulayıb: "Dünyaya çağırışımız budur: Biz itkin düşmüş əzizlərimizin taleyi ilə bağlı cavablar axtarırıq. Onilliklərdir qeyri-müəyyənlik içində yaşayan ailələrlə həmrəy olun! Ermənistanı kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə çağırın! Heç bir ailə sonsuza qədər gözləməməlidir!".
Qeyd edək ki, ötən il avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə "Qarabağ İtkin Ailələri" İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi "Sınıq stul" abidəsi qarşısında da aksiya keçirmişdi.
İtkin ailələri ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər.
"Qarabağ İtkin Ailələri" İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində "Yoxluğun sədası" layihəsi üzrə qalibdir.
Xatırladaq ki, son günlərdə Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi də Avropanın 7 ölkəsinin şəhərlərində - İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq, İtaliyanın Roma şəhərlərində "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda da qeyd olunub ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb.
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 174   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Korrupsiyanı ifşa edənlərə mükafat veriləcək - bəs onları təzyiqlərdən kim qoruyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi ilə bağlı yeni qanun layihəsi gündəmə gəlib. Layihədə belə şəxslərin kimliyinin məxfiliyinin qorunması, hüquqi yardım alması və korrupsiya barədə məlumat verdiklərinə görə iş yerində qisas xarakterli tədbirlərl

19 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu

19 oktyabr
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr