Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtında müəyyənləşdirməsi çətinləşə bilər.
Bəs siniflərdə şagird sayının bu həddə çatması hansı problemlərə səbəb olur və mövcud vəziyyətin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəblərdə siniflərdə şagird sayının 36-40 nəfərə çatması təhsilin keyfiyyəti baxımından ciddi problemdir. Məsələ ondadır ki, bu vəziyyətə yalnız sıxlıq kimi deyil, mövcud normativ tələblərin icrası baxımından da yanaşmaq lazımdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları təsdiq edilib: "Həmin normalar siniflərin təşkili zamanı şagird sayı ilə yanaşı, sinif otağının imkanlarının da nəzərə alınmasını nəzərdə tutur. Hesab edirəm ki, bir sinifdə 36-40 şagirdin təhsil alması adi hal kimi qəbul edilməməlidir. Bu qədər şagirdin olduğu sinifdə müəllimin hər bir uşağa fərdi yanaşması, onların bilik səviyyəsini izləməsi və dərs prosesində hamının fəal iştirakını təmin etməsi çətinləşir. Nəticədə müəllimdən yüksək nəticə tələb olunur, amma həmin nəticəni əldə etmək üçün lazımi şərait həmişə yaradılmır.
Burada əsas sual budur: əgər məktəbdə şagird sayı artırsa, niyə sinif otaqları və müəllim təminatı da buna uyğun planlaşdırılmır? Şagird sıxlığını yalnız məktəbin və ya müəllimin üzərinə qoymaq düzgün deyil. Bu, ilk növbədə təhsil infrastrukturunun planlaşdırılması və idarə olunması məsələsidir.
Problemin həlli üçün 30 nəfəri aşan siniflər üzrə normativ tələblərin necə tətbiq olunduğu araşdırılmalı, mümkün olan məktəblərdə əlavə paralel siniflər açılmalı, şagird sıxlığının davamlı olduğu ərazilərdə isə yeni məktəblərin tikintisi və mövcud məktəblərin genişləndirilməsi sürətləndirilməlidir.
Təhsildə keyfiyyətdən danışırıqsa, siniflərdəki real vəziyyət də bu hədəfə uyğun olmalıdır.40 şagirdlə dərs keçən müəllimdən fərdi yanaşma tələb etmək, eyni zamanda uşaqların keyfiyyətli təhsil almaq hüququnu tam təmin etdiyimizi düşünmək doğru deyil. Əsas məqsəd uşaqları sadəcə məktəbə yerləşdirmək yox, onların səmərəli öyrənməsi üçün normal şərait yaratmaq olmalıdır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı