Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcəkVətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesində şəffaflığın təmin edilməsi, müraciətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi və vətəndaşlar üçün bərabər imkanların yaradılması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu mexanizmin tətbiqi torpağa olan tələbə və bazar qiymətlərinə mümkün təsirləri baxımından da müzakirə olunur.

Bəs, Azərbaycanda hansı vətəndaşlar və hansı şərtlərlə pulsuz torpaq sahəsi əldə edə bilərlər, bu prosesdə şəffaflıq və bərabər imkanlar necə təmin olunur və torpaqların ödənişsiz ayrılması daşınmaz əmlak bazarına, xüsusilə torpaq qiymətlərinə necə təsir göstərə bilər?
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcəkMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, vətəndaşlara pulsuz torpaq sahələrinin verilməsi əsasən şəhid ailələri, qazilər, müharibə əlilləri, ehtiyatda olan hərbi qulluqçular və digər imtiyazlı kateqoriyalara aid şəxsləri əhatə edə bilər. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış çərçivəsində məskunlaşan əhali, həmin ərazilərdə fəaliyyətə başlayan gənc mütəxəssislər və sərhədyanı ərazilərdə çalışan mütəxəssislər də bu hüquqdan yararlana bilərlər. Fermer ailələri və aqrar sahədə fəaliyyət göstərən təsərrüfatlar üçün də belə bir imkanın nəzərdə tutulması mümkün variantlardan biri ola bilər.

"Bu yanaşma dövlətin humanist siyasətinin, ölkənin müdafiəsi və inkişafı naminə çalışan vətəndaşlara göstərilən qayğının təzahürüdür. Bununla belə, torpaq sahələrinin ayrılması zamanı şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət və monitorinq mexanizmlərinin yaradılması vacibdir. Çünki torpaq ayrılması ilə bağlı məsələlərdə bələdiyyələrin və müvafiq icra qurumlarının fəaliyyəti zaman-zaman mübahisələrə səbəb olub. Bu baxımdan, prosesin ictimai nəzarət altında həyata keçirilməsi və müvafiq komissiyaların fəaliyyətinin təmin olunması əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, pulsuz torpaq sahələrinin verilməsi mənzil və torpaq bazarına, xüsusilə də qiymətlərə müəyyən təsir göstərə bilər:

Müvafiq kateqoriyalara aid şəxslərin torpaq sahələri ilə təmin olunması onların bazardakı alıcılar sırasından müəyyən qədər çıxmasına səbəb ola bilər. Bu isə tələbə və nəticə etibarilə qiymətlərə təsir edə bilər. Düzdür, bu kateqoriyaların bazardakı payı çox böyük olmaya bilər. Lakin onların pulsuz torpaqla təmin edilməsi torpaq qiymətlərinin artımına olan təzyiqi müəyyən qədər azalda və artım dinamikasını tənzimləyə bilər. Bu, torpaq və mənzil qiymətlərinin mütləq ucuzlaşacağı demək deyil. Sadəcə, tələbin müəyyən qədər azalması nəticəsində qiymət artımının sürətinin aşağı düşməsi və bazarda sabitləşmə ehtimalı yarana bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 235   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr