Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kirayə münasibətlərini qeyri-rəsmi davam etdirməyə sövq edə bilər. Bununla yanaşı, şəffaf müqavilələr həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarının qorunmasına və bazarda daha aydın münasibətlərin formalaşmasına imkan yaradır.
Bəs, kirayə gəlirlərindən vergi tutulması və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin davranışına necə təsir edə bilər? Bu dəyişikliklər kirayə mənzillərin təklifinin azalmasına və qiymətlərin artmasına səbəb ola bilərmi, mümkün qiymət dəyişikliklərini hansı iqtisadi amillər müəyyənləşdirəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, rəsmi müqavilə ev sahibinin gəlirini və ödəniş şərtlərini sənədləşdirməklə yanaşı, kirayəçinin də hüquqi müdafiəsini gücləndirir.
"Mübahisə yarandıqda ödəniş məbləğini, müqavilənin müddətini və tərəflərin öhdəliklərini sübut etmək daha asan olur. Buna görə dövlət siyasətinin effektivliyi yalnız nəzarətlə deyil, rəsmi fəaliyyətin tərəflər üçün nə dərəcədə sadə və iqtisadi baxımdan məqbul olması ilə də ölçülməlidir. Mənzil sahibi kirayə qiymətini müəyyən edərkən ərazinin yerləşməsini, mənzilin təmir və təchizat səviyyəsini, tələb və təklif nisbətini, saxlanma xərclərini və əldə etmək istədiyi gəliri nəzərə alır. Vergi yükü bu amillərdən biridir, lakin qiyməti müəyyən edən yeganə amil deyil".
Ekspert bildirib ki, vergi öhdəliyinin rəsmiləşdirilməsi ev sahibinin xalis gəlirini azalda bilər:
"Bu halda mülkiyyətçi kirayə haqqını artırmaq, əvvəlki qiyməti saxlayaraq daha az gəlirlə razılaşmaq və ya mənzildən başqa məqsədlə istifadə etmək variantlarından birini seçə bilər. Ancaq qiyməti artırmaq istəyi bazarın həmin artımı qəbul edəcəyi demək deyil. Təklifin çox, tələbin zəif olduğu ərazilərdə vergi yükünü tam şəkildə kirayəçinin üzərinə ötürmək çətin olacaq. Mənzil qıtlığı və tələbin yüksək olduğu yerlərdə isə qiymət artımı ehtimalı daha böyükdür. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə 10 faiz vergi tətbiq edilir. Məsələn, aylıq 600 manat kirayə haqqından 10 faiz vergi tutulduğunu fərz etsək, ev sahibinin əvvəlki 600 manat xalis gəlirini qoruması üçün kirayə haqqı nəzəri olaraq 666,67 manata çatmalıdır. Bu, təxminən 11,1 faiz artım deməkdir. Lakin bu, qiymətlərin mütləq həmin qədər artacağı anlamına gəlmir. Real bazarda vergi yükü ev sahibi ilə kirayəçi arasında bölüşdürülə bilər".
Onun sözlərinə görə, yeni tələblər uzunmüddətli perspektivdə daha şəffaf və hüquqi baxımdan etibarlı kirayə münasibətlərinin formalaşmasına kömək edə bilər:
"Bununla belə, keçid dövründə bəzi mülkiyyətçilərin davranışlarını dəyişməsi və qiymətlərə təzyiqin yaranması da istisna deyil. Dövlətin əsas məqsədi vergi intizamını təmin etməklə yanaşı, mənzillərin rəsmi kirayə bazarında qalmasını iqtisadi baxımdan mümkün etmək olmalıdır. Bunun üçün sadə qeydiyyat prosedurları, aydın vergi qaydaları və həm ev sahibinin, həm də kirayəçinin hüquqlarının qorunması vacibdir. Nəticə etibarilə, vergi öhdəliyinin tətbiqi kirayə qiymətlərinin müəyyən faizlə artacağına zəmanət vermir. Qiymətlərə vergi yükünün bölüşdürülməsi, mənzil təklifi, əhalinin ödəmə qabiliyyəti və konkret ərazilərdəki tələb təsir göstərəcək. Dəyişikliklərin real nəticələri faktiki kirayə qiymətləri, boş mənzillərin sayı və rəsmiləşdirilən müqavilələrin dinamikası əsasında qiymətləndirilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Rus ordusu Omelniki işğal etdi
Azərbaycanda yağ kəskin bahalaşdı