Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ
ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib.
Sonxeber.az Marja.az-a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, adı açıqlanmayan hökumət rəsmisi xakerlərin istədiyi 5 milyon dolların onlara ödəndiyini təsdiq edib.
Xatırladaq ki, ötən həftənin cümə axşamı DarkSide adlı kibercinayətkar qrup 8800 km-dən artıq nəhəng yanacaq kəməri sisteminə müdaxilə edərək, onun işini iflic vəziyyətinə salmışdı. Yaydığı açıqlamasında haker qrupu "siyasətdən və geosiyasi oyunlardan kənar olduğunu, boru kəmərini yalnız pul qazanmaq məqsədilə iflic vəziyyətə saldıqlarını və hər hansı hökumətə bağlı olmadıqlarını" bəyan etmişdi. ABŞ hökuməti və Federal Təhqiqatlar Bürosu müvafiq araşdırmalara başlasa da, görünür bu tədbirlər lazımi nəticə verməyib.
Dünən prezident Bayden jurnalistlərin xakerlərə pul ödənilməsi ilə bağlı suallarını cavabsız qoyub. Ağ Evin mətbuat katibi Cen Psaki isə federal hökumətin belə ödənişləri etməmək mövqeyində qaldığını, bu cür presedentlərin daha çox kiberhücumları stimullaşdıra biləcəyini qeyd edib. Kiber təhlükəsizlik və yeni texnologiyalar üzrə milli təhlükəsizlik müşavirinin müavini Anne Neoyerberq isə bunun "özəl sektorun qərarı" olduğunu bildirib: "Biz anlayırıq ki, kiberhücum qurbanları çox zaman çıxılmaz vəziyyətə düşür və tələb olunan haqqı ödəməklə bağlı başqa çıxış yolları olmadıqda mümkün itkilər və qazanclar arasında seçim etməli olur. Colonial özəl şirkətdir və biz onların tələb olunan pulu ödəyib-ödəməməsi barədə məlumatı açıqlamamağa üstünlük veririk".
Əslində bu hadisə kibertəhlükəsizliyin nə qədər vacib olması və ən inkişaf etmiş texnoloji dövlətlərin belə "yumşaq yerlərinin" mövcudluğu gerçəyini bir daha üzə çıxarıb. Operator şirkət hələlik məsələ ilə bağlı mətbuatın sorğularını cavablandırmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir
16 may 2021Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr
9 may 2021Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin
23 iyun 2021Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021