Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi

Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdiŞimali Koreya Koreya yarımadasında hərbi gərginliyi artıran növbəti addım atıb. Pxenyan noyabrın 4-də ölkənin şərq sahilləri istiqamətində bir neçə ballistik raket buraxıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Hamgyon-Namdo əyalətinin Sondok bölgəsindən atılıb və 300 kilometrdən az məsafə qət edib. Hazırda onların texniki xüsusiyyətləri araşdırılır. Bunun fonunda ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə silahlarından tamamilə imtina etməsi ilə bağlı ortaq mövqelərini bir daha təsdiqləyiblər. Oktyabrın 30-da keçirilən üçtərəfli görüşdə ölkələrin nümayəndələri Pxenyanın nüvəsizləşdirilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası və regionda təhlükəsizliyin qorunması məsələlərini müzakirə ediblər. Tərəflər Şimali Koreyaya qarşı müdafiə və çəkindirmə mexanizmlərinin əlaqələndirilməsini davam etdirmək barədə də razılığa gəliblər.

Məsələ ondadır ki, Pxenyan nüvə proqramından imtina etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Şimali Koreya rəhbərliyinin son açıqlamaları da tərəflər arasında fikir ayrılıqlarının davam etdiyini göstərir. Belə bir şəraitdə ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə mövqeyinin regiondakı hərbi-siyasi vəziyyətə necə təsir göstərəcəyi və Pxenyanın nüvə proqramı ilə bağlı hansı addımları atacağı diqqət mərkəzindədir.
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdiMövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ, Yaponiya və Cənubi Koreya xarici işlər idarələrinin rəhbərlərinin görüşündə Şimali Koreyanin nüvəsizləşdirilməsi və Koreya yarımadasının təhlükəsizliyi mövzusunda bəyanatı həmin problemin həlli istiqamətində ümumi müzakirə və növbəti çağırış kimi dəyərləndirilə bilər. Eyni zamanda Şimali Koreyanin nüvəsizləşdirilməsi layihəsinin, çəkindiricilik alətləri və taktikasının hazırlanıb həyata keçirilməsi yollarının mühafizəsi bu istiqamətdə növbəti embarqo və digər təzyiqlərin tətbiqi və danışıqlar etiva edir. Hazırda Şimali Koreyanın nüvə proqramından geri çəkiləcəyi heç inandırıcı deyil, əksinə Şimali Koreya özünü nüvə dövləti elan edərək bunu konstitusiyasında təsbit etmişdir.

Hazırda Şimali Koreyanın nüvə silahlanması proqramını inkisaf etdirməsi bölgə dövlətlərini narahat etsə də yaxın dövrdə hər hansı böyük nüvə müharibəsinin baş verəcəyi inandırıcı deyil. Sadəcə olaraq rəsmi Seul ABŞ ilə Pxeynan arasında bu danışıqların aparılması, Şimali Koreyaya beynəlxalq təzyiqin artırılması nəticəsində nəsə əldə etməyə çalışır, lakin onu da nəzərə almaq lazımdır ki, beynəlxalq müstəvidə də Şimali Koreyanın nüvə dövləti olmasına münasibət birmənalı deyil. Hər halda rəsmi Pxenyana illərdir davam edən təzyiq, embarqo və çəkindiricilik vasitələrinə rəğmən Şimali Koreya nüvə silahlanması və müxtəlif ballistik raket layihələrini yeni sınaqlarla davam etdirir. Amma hazırda ABŞ-nin bölgədə yeni müharibə başlamaq imkanı yoxdur kimi görünür.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 188   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN GÜCLÜ DÖVLƏTÇİLİK MODELİNƏ DOĞRU

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr yalnız hərbi qələbənin ildönümü kimi deyil, dövlətçilik düşüncəsinin, milli iradənin və geosiyasi reallıqların dəyişməsinin mühüm göstəricisi kimi təhlil edilməlidir. Bu hadisələr Azərbaycanın uzu

2 noyabr
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

31 oktyabr
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31 oktyabr
.

Zəfərin zirvəsindən görünən Şuşa

Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdi

2 noyabr
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

31 oktyabr
.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

2 noyabr
.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Altı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına

2 noyabr
.

Azad Şuşanın Şəhər Günü

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba

2 noyabr