Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Ölkəmizin tarixinə yazılan möhtəşəm günAltı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma "Dağlıq Qarabağ" münaqişəsinə birdəfəlik son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik rədd etdi.

Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. "Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız olaraq bütün ərazilərində qürurla dalğalanır. 2023-cü il oktyabrın 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin nəticəsi olaraq işğal altında olan torpaqlarımız düşməndən azad edildi və Azərbaycanın bütün sərhədləri boyunca müqəddəs üçrəngli bayrağımız dalğalandı.

Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu işinin və iqtisadi inkişafın nəticəsidir. 30 ilə yaxın dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.

2023-cü ilin sentyabr ayında isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Artıq oktyabr ayının 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıran möhtərəm dövlət başçımızın dediyi kimi, təkcə ölkəmizin vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb. Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar.

Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Sonda Azərbaycan özünün bütün ölkə ərazisində tam suverenliyini təmin etdi. Bununla da illərlə həllini gözləyən münaqişə başa çatdı və bütün dünya Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməli oldu.

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 300   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

30 oktyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanınd

2 noyabr
.

"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin

1 noyabr
.

ZƏFƏR VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN SİYASİ, STRATEJİ VƏ MİLLİ-MƏNƏVİ ƏHƏMİYYƏTİ

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad edilməsi milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindəndir. Bu tarixi hadisələrin mahiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər davam edən işğala son qoymaq iradəsinin

2 noyabr
.

İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı

31 oktyabr
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30 oktyabr
.

Zəfər Günü və Şuşa: Azərbaycanın tarixi qələbəsi, milli birliyi və yeni geosiyasi reallıqları

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi ilə bağlı hadisələr dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də milli iradənin, siyasi qətiyyətin, xalq-ordu birliyinin və tarixi ədaləti

2 noyabr
.

Zəfər Günü və Şuşa şəhəri günü - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi

Azərbaycan xalqının milli yaddaşında elə tarixi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin dünyagörüşünə, milli kimliyinə və dövlətçilik düşüncəsinə də təsir göstərir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü məhz belə tarixi hadisələrin təcəssümüdür

30 oktyabr