Qədim Şuşada gözəllik yaradılır
Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu, müqəddəsliyini sübuta yetirdi. Lakin ötən əsrin sonlarında hay istilasına məruz qalan alınmaz qala işğal edildi. Sapı özümüzdən olan baltaların, vətən xainlərinin və zəif idarəçiliyin qurbanı oldu. 30 ilə yaxın sürən işğala son qoyuldu. Qüdrətli ordumuzun bölmələri sıldırım qayalara dırmaşaraq, keçilməz aşırımlardan keçərək yüngül silahlarla və əlbəyaxa döyüşlə düşmənə qalib gəldilər. Şuşa Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Müxtəlif dövrlərdə bu şəhərə gələn səyyahlar onu Yer üzünün canlı muzeyi adlandırıblar. Özündə böyük tarix yaşadan hər bir abidə - Cıdır düzü, Ərimgəldi qayası, Qırxpilləkən, Qırxçanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı bulağı, Topxana meşəsi şəhərə xüsusi gözəllik verir.
Bu qədim şəhər özündə mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün xüsusiyyətlərini birləşdirir. Hələ XIX əsrin ikinci yarısında Şuşa Azərbaycanın əsas sənətkarlıq və ticarət mərkəzi kimi Qafqazda, Yaxın Şərq ölkələrində məşhur idi. Bu gün də şəhər öz çiçəklənmə dövrünü yaşayır. Düşmənin illərlə dağıtdığı, uçurduğu Şuşamız yenidən tikilib bərpa edilir. Bu şəhər getdikcə daha da gözəlləşir, Cənubi Qafqazın dəbdəbəli şəhərlərindən birinə çevrilir. Bura həm də turizmin inkişafı üçün zəngin potensiala malikdir. Qayaların üzərində salınmış qala şəhər hər tərəfdən dağlarla əhatə olunub. Topxana meşəsindən sürünərək gələn duman Şuşaya bələk kimi bələnir. Mürgülü səhərlərdə gülümsəyən günəşə qısqanclıq edən buludlar gözlərini sıxaraq yağır. Yağışın narın damlalarının sığal çəkdiyi Xarıbülbül daha da gözəlləşir. Bu şəhərin ab-havası, iqlimi tamamilə fərqlidir.
Şuşa Vətənin tacı olmaqla bərabər, əvəzsiz neməti, başucalığıdır. Azad şəhərin bugünkü mənzərəsi insana qürur, fəxarət hissi verir. Aramla axan Qarqar çayının suları sanki bu yerlərə layla deyir, uğrunda can verən oğulların şəhid ruhunu əzizləyir. İndi bu yerlərdə təbiətlə insan bərabər çalışır. Təbiət öz qanunlarına, insan da tikib qurmağına davam edir. O səssizlikdən, vahiməli anlardan əsər-əlamət qalmayıb. Hər yanda quruculuq ab-havasıdır, tikinti gedir. Bu il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri yeni uğurların təqdimatı idi. Rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak edən dövlət başçısı və birinci xanım burada görülən digər işlərlə tanış olublar. Qeyd edək ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. İkimərtəbəli məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. Ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğundur. Məscidin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilir. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Hər quruculuq, tikinti-abadlıq dövlətin inkişaf səviyyəsinin və güclü iqtisadiyyatının göstəricisidir. Kəndlər, şəhərlər müasir üslubda, dünya standartları səviyyəsinə uyğun şəkildə inşa edilir. Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirakı bir daha sübut edir ki, yaxın gələcəkdə işğaldan azad edilmiş bütün ərazilər gülüstana çevriləcək. Düşmən tərəfindən dağıdılan yaşayış evləri, inzibati binalar, iaşə obyektləri yenidən tikilib qurulmaqla əhalinin məşğulluğuna müsbət təsir göstərəcək. Şuşada dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. 274 mənzilin inşası planlaşdırılan yaşayış kompleksində bir, iki, üç, dörd və beşotaqlı mənzillərlə yanaşı, zəruri sosial infrastruktur da yaradılacaq.
Mədəniyyət paytaxtımız hesab edilən Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra genişmiqyaslı tikinti-quruculuq meydanına çevrilib. Qədim şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur. Artıq sakinlərin köç prosesinə başlanılıb. 376 şuşalı ailənin 1409 üzvü doğma ocaqlarına qayıdıblar. Bu vaxta kimi aparılan tikinti-bərpa nəticəsində 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur.
Tufan Məmmədov - iqtisadçı ekspert
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…