Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir
Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurlu siyasəti arzumuzu həyata keçirtdi. Azərbaycan gücləndi, ordumuz müasirləşdi, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyyə olundu, ölkədə möhkəm milli birlik və həmrəylik yaratdı və 44 günlük vətıən müharibəsi ilə Şuşamızda zəfərimiz elan oldu. Müzəffər ordumuzun döyüşərək getdiyi yolsuzluqlarda indi Zəfər yolu və başqa yollar inşa olunmuşdur. Şuşaya səfər edənlər indi rahat şəkildə gedib-gələ bilirlər.
Şuşa yenidən qurulub, bərpa olunur. Zəfər çaldığımız 6 ildə dövlət başçımız Şuşaya dəfələrlə səfərlər etmişdir. Dövlət başçımızın hər bir səfəri Şuşaya yeni ruh verir. Bu gün Şuşalılar öz doğma yurdlarına qayıdırlar. Şuşalılar hər il böyük sevinclə şəhər gününü qeyd edəcəklər. Əslində Şuşada hər gün şəhər günüdür. Çünki, bu dövrdə Şuşa beynəlxalq tədbirlərin, dost ölkələrin dövlət rəhbərlərinin və siyasətçilərin ziyarət məkanına çevrilmişdir. Şuşa mədəniyyət mərkəzimizdir. Təkcə azərbaycanlıların yox, islam dünyasının, türk dünyasının və MDB dövlətlər birliyinin mədəniyyət mərkəzidir. Şuşada musiqi sədaları ucalır, mədəniyyət nümunələri nümayiş olunur. Əslində Şuşanın hər bir daşına mədəniyyət həkk olunmuşdur. Şuşa xüsusi bir şəhərdir. Bu şəhər xalqımız üçün hər zamn əzizdir. Şuşada keçirilən ilk "Xarıbülbül" festivalı müharibə meydanında zəfər qazandıran milli birlik və həmrəyliyin musiqi səhnəsində nümayişi idi. Bu bizim böyük xalq və yüksək tolerantlıq xüsusiyyətlərimizə malik olmağımızın göstəricisi idi. Şuşa bu gün öz əzəməti ilə bütün dünyaya səs salmışdır. Bəli, bu gün Şuşamız azaddır və xoşbəxtdir. Zəfərimiz mübarək!
Türkan Cümşüdova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 278 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
30 oktyabrPrezident onları təltif etdi - Adlar
Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
30 oktyabrYenidən sədr və müavin oldular
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər. Sevinc Hüseynov
30 oktyabrAzad Şuşanın Şəhər Günü
Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba
2 noyabrKeçmişdə qalan münaqişə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş
31 oktyabrZƏFƏRİN ZİRVƏSİ ŞUŞA, MİLLİ İRADƏNİN TƏNTƏNƏSİ AZƏRBAYCAN!
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrdəndir. Bu tarixlər Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən mühüm səhifələrini təşkil etməklə yanaşı, xalqımızı
30 oktyabr