"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV

"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılıq prinsipi baxımından qiymətləndirmək lazımdır.

Xatırladım ki, 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmiş, ölkəsini vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. 2026-cı ildə Bakıda keçirilən beynəlxalq tədbirlərdə də Türkiyə Prezidentini ayrı-ayrı hallarda hökumət üzvləri təmsil ediblər.

Əlbəttə, hər bir dövlət başçısının öz iş qrafiki və rəsmi öhdəlikləri var. Buna görə də belə qərarları avtomatik olaraq siyasi münasibətlərin göstəricisi kimi qiymətləndirmək düzgün deyil. Əsas məsələ ölkənin beynəlxalq tədbirdə təmsil olunması və əməkdaşlığın davam etdirilməsidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bir məqam da var, diplomatiyada qarşılıqlı hörmət və anlayış birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar.

Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu üzvlərindən biridir və Türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Ona görə də ayrı-ayrı tədbirlərdə təmsilçilik səviyyəsindən daha vacib olan məsələ ortaq maraqların qorunması və strateji əməkdaşlığın davamlı inkişafıdır.

"İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı hörmət, bərabər yanaşma və ortaq maraqlar əsasında bundan sonra da möhkəmlənəcək." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 638   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada

27 oktyabr
.

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməs

28 oktyabr
.

İlham Əliyev İspaniya kralına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi

29 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Video

"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyin

27 oktyabr
.

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl

29 oktyabr
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

29 oktyabr
.

Azərbaycanın beynəlxalq nüfuzu tarixi sınaqlardan uğurla keçib

"Azərbaycanın beynəlxalq nüfuzu mürəkkəb tarixi sınaqlar, düşünülmüş siyasi qərarlar və milli maraqlara əsaslanan diplomatik fəaliyyət nəticəsində formalaşıb. Müstəqilliyin ilk illərində üzləşdiyi siyasi, iqtisadi və hərbi çətinliklər ölkənin güclü dövlətçilik təməlinin yaradılmasını zəruri edirdi

28 oktyabr
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

28 oktyabr