Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:
"9 yaşlı bacısı isə qardaşımla qalır. Uşağın anası işlədiyi üçün körpəni dayəyə verib. Ayda 250 manat ödəyirmiş. Həmin dayə bizim övladımızdan başqa dörd uşağa da baxır. Hadisədən sonra anası deyir ki, ötən həftə də uşağın üzündə xəsarət olub, dayə fotosunu göndərib yıxıldığını deyib. Dünən morqda baxdım ki, üzündəki həmin izlər qapqara idi. Dünən ikinci dəfə yıxılaraq başı dəyib, beyninə qan sızıb".
Onun sözlərinə görə, dayənin qayınanası hadisə baş verən kimi azyaşlını xəstəxanaya aparıb.
Teymur Əliyev deyib ki, dayə və ailə üzvləri yaşadıqları kirayə evi tərk ediblər, hüquq-mühafizə orqanları axtarış aparır.
***08:35
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Sonxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.
Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb.
Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.
Hadisə baş verən zaman uşağın atası işdə olub.
Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 718 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrBakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
5 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr