Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.
Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.
İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda FIFA U-15 dünya çempionatı baş tutub. Turnirn finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə üstələyərək çempionatın qalibi olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2367 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabrFIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30 oktyabrİslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30 oktyabrBakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
24 oktyabr"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
1 noyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabr"Araz-Naxçıvan" ikinci oyunda "Buba Mara" ilə qarşılaşacaq
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci matçını keçirəcək. "Report"un məlumatına görə, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Polşanın Qlivise şəhərindəki "Prezer
28 oktyabrYamalın atası hava limanında qalmaqal yaratdı
"Barselona"nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui "Qızıl top"un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub. "Qafqazinfo" xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb. Hadisəyə Nəsrauinin gödəkçəsin
28 oktyabr