İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

İşıqlı gələcəyə yol açan Şanlı QələbəTarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, 2024-cü il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra obyektlərin təməl qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir.
Artıq beynəlxalq miqyaslı tədbirlər azad edilmiş ərazilərdə təşkil edilir. 4-cü ildi ki, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd edilir.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, Şanlı Zəfərimizin 6-cı ildönümünü daha böyük sevinclə qeyd edirik. 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Ən qururverici hadisələrdən biri isə 2023-cü il noyabrın 8-də oldu. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşındakı Qələbənin üçüncü ilini - Zəfər Gününü Xankəndi şəhərində keçirilən hərbi paradla qeyd etdi.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 277   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, dövlətçilik iradəsi və yeni geosiyasi reallıqlar

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü yalnız əlamətdar təqvim tarixləri deyil, həm də dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrini özündə birləşdirən hadisələrdir. Bu tarixlərin siyasi, hərbi, diplomatik və mənəvi əhəmiyyəti Azərbaycanın son onilliklərd

30 oktyabr
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30 oktyabr
.

Zəfər Günü və Şuşa şəhəri günü - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi

Azərbaycan xalqının milli yaddaşında elə tarixi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin dünyagörüşünə, milli kimliyinə və dövlətçilik düşüncəsinə də təsir göstərir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü məhz belə tarixi hadisələrin təcəssümüdür

30 oktyabr
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. paylaşımı təqdim edir:

1 noyabr
.

Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağl

2 noyabr
.

Yenidən sədr və müavin oldular

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər. Sevinc Hüseynov

30 oktyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr
.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

31 oktyabr