Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir".
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Media və Yayım Şurasının açıqlamasında deyilir.
"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 229 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərin zirvəsindən görünən Şuşa
Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdi
2 noyabr8 Noyabr - Şanlı Qürur Günümüz
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşmən
2 noyabrAzərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir
Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanınd
2 noyabrZəfər günü xalqın yaddaşında iz qoyan tarix
Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Şanlı qələbə tariximizə çevrilən 8 noyab
2 noyabrBelçikanın Baş naziri istefa verdi - Səbəb
Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni
2 noyabr