Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəmə gətirir. Xüsusilə, vətəndaşın kartının hansı məqsədlə istifadə edildiyindən xəbərsiz olması, onun cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi və özünü hüquqi baxımdan necə müdafiə edə biləcəyi mühüm əhəmiyyət daşıyır.
Bəs, öz adına açılmış bank kartının qanunsuz maliyyə əməliyyatlarında istifadə olunmasından xəbərsiz olan şəxs də cinayət məsuliyyəti daşıya bilərmi? Belə hallarda kart sahibinin məsuliyyəti hansı meyarlarla müəyyən edilir və vətəndaşlar hüquqlarını qorumaq üçün ilk növbədə hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, başqasının əmlakından qanunsuz istifadə edilməsi, onun etibarından sui-istifadə edilərək pensiya və ya digər bank kartının ələ keçirilməsi və qanunsuz əməliyyatlarda istifadə olunması ən azı dələduzluq əlamətləri yaradır.
"Lakin həmin kart vasitəsilə hansısa başqa cinayət törədilərsə, kartdan istifadə edən şəxs həmin əməllərə görə də ayrıca məsuliyyət daşıyır. Məsələn, çirkli pulların yuyulması, kibercinayətkarlıq və ya terrorçuluğun maliyyələşdirilməsi kimi əməllərə yol verilərsə, şəxs törətdiyi cinayətlərə uyğun məsuliyyətə cəlb oluna bilər. Kartından istifadə edilən vətəndaşa gəldikdə isə, əgər onun baş verənlərdən məlumatlı olduğu sübuta yetirilməzsə, yəni özü də aldadılıbsa, bu halda onun məsuliyyəti yaranmır. Bununla belə, vətəndaşlar bank kartlarını başqalarına verərkən ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, hüquq-mühafizə orqanları şəxsin təqsirini sübut etməlidir. Lakin praktikada bəzən vətəndaşdan da baş verənlərdən xəbərsiz olduğunu və cinayətə ortaq olmadığını izah etməsi tələb olunur. Bu baxımdan, hər kəs bank kartlarının təhlükəsizliyinə diqqət yetirməli, onları başqa şəxslərin istifadəsinə verməməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 977 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr