Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA
Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə yerindən çəkiliş aparan, məlumat toplayan və cəmiyyətə həqiqətləri çatdırmağa çalışan jurnalistlərin döyülməsi, təhqir edilməsi və fəaliyyətlərinə mane olunması təkcə media əməkdaşlarının təhlükəsizliyinə deyil, həm də ictimaiyyətin informasiya almaq hüququna toxunur. Bəs jurnalistlərə qarşı fiziki zorakılıq törədən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
Peşə fəaliyyətinə mane olmaq məqsədilə media nümayəndələrinə əl qaldıran şəxslər hansı cəzaya məhkum edilə bilər? Qanunvericilikdə nəzərdə tutulan cəzalar belə halların qarşısını almaq üçün yetərlidirmi və jurnalistlərə hücum edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, Real TV-nin müxbirinin məktəbdə döyülməsi, eləcə də jurnalist peşəfəaliyyətini yerinə yetirən şəxslərə qarşı törədilən bu cür qanunazid hərəkətlər qanunvericiliyimizlə qəti şəkildə qadağan olunur və sərt məsuliyyət nəzərdə tutur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq, onlara qarşı zor tətbiq etmək, hədə-qorxu gəlmək və ya əmlakını zədələmək birbaşa cinayət məsuliyyəti yaradır: "Konkret olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağı, yəni məlumat yaymağa və ya yaymamağa məcbur etmək məqsədi ilə jurnalistə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə təsir göstərməyi cinayət hesab edir. Bununla yanaşı, törədilən əməlin xarakterindən asılı olaraq həm də Cinayət Məcəlləsinin digər maddələri - xüsusilə qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və ya özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə də hüquqi qiymət verilə bilər.
Jurnalistin döyülməsi və peşə fəaliyyətinə mane olunması halları üzrə təqsirli bilinən şəxslər əməlin ağırlıq dərəcəsindən asılı olaraq min manatdan az olmayan miqdarda cərimə, ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırıla bilərlər. Xüsusilə zor tətbiq etməklə, qrup halında və ya xuliqanlıq niyyəti ilə törədildikdə cəzanın ağırlıq həddi daha da artır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 205 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabr