"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olan Hüseyn Quliyev Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, sahibkar Bakı şəhərinin Nəsimi rayonunda yerləşən "Meduza" mağazasında satış məqsədilə müxtəlif markalı qəlyan tütünləri saxlayıb. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən 2025-ci ildə keçirilən operativ vergi nəzarəti zamanı mağazada ümumilikdə 4501 qutu qəlyan tütünü aşkarlanaraq götürülüb.
Araşdırma zamanı həmin məhsulların 3500 qutusunun aksiz markası olmadan və məcburi nişanlama tələblərinə əməl edilmədən saxlanıldığı müəyyən edilib. Həmin məhsulların ümumi dəyəri 42 min 763 manat qiymətləndirilib.
Söhbət "BUXAR", "BUXAR PREMIUM", "BLISS HOOKAH", "BOOSTER", "FREETON", "TO BAKU", "BADOR", "JİN", "FİRST", "BALLI" və "BUTA" markalı qəlyan tütünlərindən gedir.
Hüseyn Quliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, 2023-cü ildən "Meduza" mağazasını icarəyə götürərək qəlyan aparatları, aksesuarları və tütün məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu deyib.
Sahibkar ifadəsində bildirib ki, tütün məhsullarının bir hissəsini rəsmi şirkətlərdən, digər hissəsini isə mağazaya gələn tanımadığı şəxslərdən nağd şəkildə alıb. Məhsulların üzərinə təxminən 20-30 faiz ticarət əlavəsi qoyaraq satıb.
O, aksiz markası olmayan qəlyan tütünlərinin satışının qanunla qadağan edildiyini bilmədiyini söyləyib və törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmə isə sahibkarın bu arqumentini qəbul etməyib. Qeyd edilib ki, o, uzun müddət tütün məhsullarının satışı ilə məşğul olub, malların bir qismini müşayiətedici sənədlər olmadan, tanımadığı şəxslərdən alıb. Bu hallar onun məhsulların qanunsuz dövriyyədə olduğunu dərk etdiyini göstərir.
Bununla belə, məhkəmə Hüseyn Quliyevin əvvəllər məhkum olunmamasını, iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlini qismən etiraf etməsini və peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Nəticədə Hüseyn Quliyev Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Bundan əlavə, o, 1 il 6 ay müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı ilə məşğul olmaq hüququndan məhrum edilib.
Məhkəmə həmçinin götürülmüş tütün məmulatlarının istifadəyə yararlı hissəsinin xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməsi, yararsız hesab edilənlərin isə məhv olunması barədə qərar qəbul edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 113 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabr