Bu gün Şuşa sürətlə dirçəlir

Bu gün Şuşa sürətlə dirçəlir"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, "Dəmir yumruq" birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, "Dəmir yumruq" hər zaman yerində olacaq." Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı ilə uğurlarımızın əsasında dayanan birliyimizdən, həmrəyliyimizdən böyük qürur hissi keçirdiyini ifadə edir.
Cənab İlham Əliyev çıxışlarında bu reallıqlara da diqqəti yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç ildə bunu sülh yolu ilə həll etmək istəyirdik. Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracağını düşündük. Bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
2022-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Şuşa ili" elan edildi. Prezident İlham Əliyevin hər bir təşəbbüsünü, verdiyi qərarları dəstəkləyən xalqımız bu mühüm addımı da təqdir etdi, insanların Şuşamızın qısa zamanda tam şəkildə dirçələrək sakinlərini qarşılayacağına əminlikləri daha da artdı. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir.
44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirərək qətiyyətlə vurğulamışdır ki, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin qalibiyyətimizlə başa çatacağına əminliyini artırır, Qarabağ münaqişəsinin tarixə qovuşacağına şübhə yeri qoymurdu. Şuşanın relyefini nəzərə alsaq, onun azadlığa qovuşmasının bir möcüzə olduğunu böyük inamla deyə bilərik.
Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Dövlət başçısı İlham Əliyev həmin ilin martında ailə üzvləri ilə Şuşada Novruz tonqalını yandırdılar. 2021-ci ilin may ayında Cıdır düzündə "Xarıbülbül" musiqi festivalı ənənəsinin bərpası oldu.
Cənab İlham Əliyevin Şuşaya 2021-ci ilə sonunda etdiyi səfər də hər birimiz üçün qürurverici oldu. Prezident İlham Əliyev 60 illik yubileyini məhz mədəniyyət paytaxtımızda qeyd etdi. Cənab İlham Əliyev həmin səfərdə "Şuşa hər birimizi özünə çəkir" söyləməklə 30 ilin torpaq nisgilinin yaşatdığı hissləri bölüşdü. Ad günlərində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bir yerda olmağa daha çox maraq göstərən dövlət başçısı 60 illik yubileyini Şuşada qeyd edərkən verdiyi vədin reallığa çevrilməsindən qürurlu idi. Hər görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün bütün imkanların mövcudluğunu da vurğulayırdı.
Son 6 ilin hər günü bu torpaqlarımızın bərpası, soydaşlarımızın qayıdışı ilə bağlı mühüm hadisə ilə zəngindir. Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi də bunun təsdiqidir. Həmin sənədə əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. Qürurvericidir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik. 28 il əsarətdə qalsa da əyilməyən, sınmayan Şuşa bu gün sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 109   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA

"Münasibətlərin intensivliyi bütün müstəvilərdə, o cümlədən dövlətlərarası əlaqələrdə, adətən müsbət nəticələr verir. Sadə bir deyim var: gediş-gəliş zəifləyəndə doğmalar yadlaşır, gediş-gəliş intensivləşəndə isə yadlar doğmalaşa bilir. Bu yanaşmanı dövlətlərarası münasibətlərə də şamil etmək olar

29 oktyabr
.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

31 oktyabr
.

Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi

ın baş redaktoru Ülvi Səfərov yazır. Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətlər

29 oktyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN GÜCLÜ DÖVLƏTÇİLİK MODELİNƏ DOĞRU

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr yalnız hərbi qələbənin ildönümü kimi deyil, dövlətçilik düşüncəsinin, milli iradənin və geosiyasi reallıqların dəyişməsinin mühüm göstəricisi kimi təhlil edilməlidir. Bu hadisələr Azərbaycanın uzu

2 noyabr
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

29 oktyabr
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30 oktyabr
.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

30 oktyabr
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

2 noyabr
.

Yenidən sədr və müavin oldular

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər. Sevinc Hüseynov

30 oktyabr