Şəhər Günün mübarək, əziz Şuşa!

Şəhər Günün mübarək, əziz Şuşa!Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməsi dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərində qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Düşmən işğalından azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə qətiyyətli rəhbərliyi və müdrik xalqımızın iradəsi ilə ən gözəl şəkildə bərpa edilir. Bütün bu bərpa prosesinə ölkə başçımız şəxsən nəzarət edir, lazımi tövsiyyə və tapşırıqlar verir. Cənab İlham Əliyevin Şuşa şəhərinə səfərləri çox yaddaqalan olur. Şuşaya çoxsaylı səfərlər edən dövlət başçımız burada çoxsaylı obyektlərin təməlqoyma, bir çox vacib tədbirlərin açılış mərasimlərində yaxından iştirak edir, tarixi abidələrdə aparılan bərpa işlərinin gedişatı ilə ətraflı tanış olur. Şuşamız qazandığımız qələbələrimizin rəmzi, Liderimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev isə bu qələbələrin memarıdır.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 99   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

2 noyabr
.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

30 oktyabr
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

2 noyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, MİLLİ İRADƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

8 Noyabr Azərbaycan xalqının müasir tarixində yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu tarix xalqımızın yaddaşında 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin zirvəsi kimi yaşayır. Eyni zamanda, 8 Noyabrın Şuşa Şəhəri Gün

2 noyabr
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA, MİLLİ İRADƏNİN TƏNTƏNƏSİ AZƏRBAYCAN!

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrdəndir. Bu tarixlər Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən mühüm səhifələrini təşkil etməklə yanaşı, xalqımızı

30 oktyabr
.

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

29 oktyabr
.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

29 oktyabr
.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

28 oktyabr
.

ZƏFƏR VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN SİYASİ, STRATEJİ VƏ MİLLİ-MƏNƏVİ ƏHƏMİYYƏTİ

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad edilməsi milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindəndir. Bu tarixi hadisələrin mahiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər davam edən işğala son qoymaq iradəsinin

2 noyabr